İSİM-də “Azərbaycanda ailə planlaşdırılması xidmətlərindən istifadənin qiymətləndirilməsi” layihəsi çərçivəsində keçirilmiş sorğu nəticələrinin müzakirəsinə həsr olunmuş tədbir keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

30 MAY 2012

İSİM-də “Azərbaycanda ailə planlaşdırılması xidmətlərindən istifadənin qiymətləndirilməsi” layihəsi çərçivəsində keçirilmiş sorğu nəticələrinin müzakirəsinə həsr olunmuş tədbir keçirildi

BMT-nin Əhali Fondunun Şərqi Avropa-Orta Asiya Regional Ofisinin (UNFPA EECARO) və Beynəlxalq Planlaşdırılmış Valideynlik Federasiyasının Avropa Şəbəkəsinin (IPPF-EN) birgə təşəbbüsü ilə 2011-ci ildə Azərbaycan, Bosniya və Herseqovina, Bolqarıstan, Ermənistan, Makedoniya, Serbiya və Qazaxıstanda kontraseptivlərin əlçatanlığına və istifadəsinə təsir edən davranış və mədəni normaları öyrənmək üçün keyfiyyət tədqiqatı aparılıb. Layihə “Reproduktiv sağlamlıq vasitələrinin təhlükəsizliyinin artırılması üzrə UNFPA-nın Qlobal proqramı” tərəfindən maliyyələşdirilib.

Azərbaycanda tədqiqat Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) IPPF-EN-in yerli partnyoru qismində həyata keçirilib. Layihənin məqsədi əhalinin ailə planlaşdırılması və reproduktiv sağlamlıq vasitələrilə təmin olunmasını təhlil etmək, müasir kontraseptiv üsullardan istifadənin aşağı səviyyədə olmasının səbəblərini öyrənməkdir. Bunun üçün hədəf auditoriya və səhiyyə sistemi işçiləri arasında sorğu aparılıb.

2012-ci il mayın 30-da Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Azərbaycanda ailə planlaşdırılması xidmətlərindən istifadənin qiymətləndirilməsi” layihəsi çərçivəsində keçirilmiş sorğu nəticələrinin müzakirəsinə həsr olunmuş tədbir keçirildi. Görüşdə Milli Məclis, İSİM, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu (ETMGİ), Bakı Baş Səhiyyə İdarəsi, BMT-nin Əhali Fondu, USAİD, Ümumdünya Səhiyyə Təşkilatı və AbtAssociates-in nümayəndələri iştirak etdilər.

Tədbiri giriş sözü ilə açan İSİM-in direktoru Ceyhun Məmmədov tədqiqatın əhəmiyyətini vurğulayaraq, tədbirin məqsəd və vəzifələrini diqqətə çatdırdı. Eyni zamanda ötən illər ərzində ailə planlaşdırılması xidmətlərinin əlçatanlığını artırmaq məqsədilə beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanda keçirilmiş layihələrdən bəhs etdi. Bu sahədə daha artıq inkişafa nail olmaq üçün uzunmüddətli təlimlərin keçirilməsinin, tibb müəssisələrində sübutlu təbabətə əsaslanan klinik protokollardan istifadənin genişləndirilməsinin vacibliyini vurğuladı.

İSİM-in İlkin səhiyyənin təşkili şöbəsinin həkim-metodisti və layihənin iştirakçısı Teymur Hüseynov sorğu nəticələrinin hesabatını təqdim etdi. Layihənin mərhələlərini qrafik təsvirlə nümayiş etdirən məruzəçi sorğuda maraqlı tərəflər, informasiya mənbələri, fokus qrup müzakirələri barədə də məlumat verdi. T.Hüseynov reproduktiv yaşda olan kişilər və qadınlar, həmçinin gənclər arasında keçirilmiş sorğunun İSİM-də təlim keçmiş şəxslər tərəfindən Bakıda, eləcə də regionlarda aparıldığını nəzərə çatdırdı. Çıxışda sorğu nəticəsində Azərbaycan üçün əldə olunmuş tapıntılardan da bəhs edildi.

ETMGİ-nin direktoru, Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu Faizə Əliyeva ailə planlaşdırılması xidmətlərindən istifadənin səviyyəsini qaldırmaq məqsədilə təlimlərin keçirilməsinin, islahatların mütəmadiliyinin təmin edilməsinin, KİV-də təbliğatın aparılmasının, yerli və beynəlxalq təşkilatlarla mütəşəkkil əlaqənin qurulmasının əhəmiyyətini önə çəkdi.

Plenar müzakirə zamanı layihə tərəfindən işlənilmiş tövsiyələrə nəzər yetirildi, Brüsseldə keçiriləcək və tədqiqatda iştirak etmiş ölkələrin nümayəndələrinin iştirak edəcəyi yüksək səviyyəli görüş üçün təkliflər işlənildi.