Səhiyyə mütəxəssisləri tərtib olunmuş klinik protokolların ilkin variantına rəy bildirəcəklər | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

12 MART 2012

Səhiyyə mütəxəssisləri tərtib olunmuş klinik protokolların ilkin variantına rəy bildirəcəklər

Klinik protokol hər hansı xəstəlik, sindrom, klinik vəziyyət zamanı tibbi yardım göstərilməsi üzrə sübutlu təbabət prinsiplərinə əsaslanan tövsiyələrdən ibarət olub, müntəzəm yenilənən sənəddir. Protokol müəyyən tibbi müdaxilənin effektivliyi ilə bağlı ən etibarlı elmi məlumatlar əsasında tərtib olunur. Klinik protokollar həkimlərə seçim imkanı verir və hər hansı klinik situasiyada hərəkət etməklə bağlı istiqamətverici rol oynayır.

Protokolların hazırlanması ciddi və məsuliyyətli iş olub, ölkənin bütün elmi-tibbi potensialından istifadə edilməsini, prosesin bir mərkəzdən idarə olunmasını və dünyada qəbul edilmiş meyarlara uyğun şəkildə aparılmasını nəzərdə tutur.

Hazırda yeni klinik protokolların hazırlanması davam edir və bu prosesin daimi aparılması nəzərdə tutulur. Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş klinik protokolları elektron fayl şəklində (PDF formatında) İSİM-in saytından əldə etmək mümkündür: www.isim.az/protokol.php. Bundan əlavə, səhiyyə mütəxəssisləri www.isim.az/draft-protokol.php səhifəsinə daxil olaraq, tərtib olunmuş klinik protokolların ilkin variantı ilə tanış ola bilərlər. Mütəxəssislərin [email protected] ünvanında qəbul olunacaq fikir və rəyləri nəzərə alınacaq.