İSİM-də növbəti təşkilatlararası iclas keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil tətbiqlər
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu

XƏBƏRLƏR bütün xəbərlər

10 NOYABR 2011

İSİM-də növbəti təşkilatlararası iclas keçirildi

2011-ci il noyabrın 10-da Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) növbəti Təşkilatlararası iclas keçirildi. Görüşdə İSİM, Mərkəzi Qan Bankı, Qan Donorları Assosiasiyası, Rostropoviç-Vişnevskaya Fondu, Azərbaycan Qızıl Aypara Cəmiyyəti, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, Azərbaycana Birgə Yardım Təşkilatı, BMT-nin Narkotiklər və cinayətkarlığa qarşı mübarizə idarəsi, “Save the Children”, AbtAssociates kimi yerli və beynəlxalq təşkilatların nümayəndələri iştirak etdilər.

Nümayəndələr təmsil etdikləri qurumların hazırkı fəaliyyətindən və planlaşdırılmış işlərdən söhbət açdılar.

SN-in Səhiyyə Sektorunda İslahatlar Layihəsinin İcra Qrupunun direktorunun müavini İsa Əliyev səhiyyənin vahid informasiyalaşdırılması istiqamətində tədbirlərdən bəhs etdi.

Toplantıda BMT-nin Narkotiklər və cinayətkarlığa qarşı mübarizə idarəsinin layihə üzrə assistenti Sevil Qəmbərova, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Şahin Hacıyev, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sağlamlıq və qayğı Şöbəsinin müdiri Mətanət Qaraxanova və başqaları çıxış etdilər.

Ötən aylar ərzində həyata keçirilmiş fəaliyyət barədə iştirakçılara qısa məlumat verən İSİM-in direktoru Ceyhun Məmmədov ictimai səhiyyənin inkişafı istiqamətində görülən davamlı işlərdən bəhs etdi. Çıxışda Azərbaycan Respublikasında Demoqrafiya və Sağlamlıq Sorğusunun səyyar işlərinin oktyabrın 24-də yekunlaşdığı bildirildi. DSS üzrə məlumatların elektron bazaya daxil edildiyindən söhbət açıldı və 2012-ci ilin fevral ayına kimi bu prosesin başa çatacağı, statistik təhlilin nəticələri və son hesabatın 2012-ci ilin sonuna kimi təqdim olunacağı da vurğulandı. C.Məmmədov həmçinin “Diabet Məktəblərinin təşkili”, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) texniki dəstəyi və İSİM-in təşkilatçılığı ilə həyata keçirilən Uşaq və Yeniyetmələrin Sağlamlığı və İnkişafına dair Strategiyaya həsr olunmuş milli seminar barədə məlumat verdi.

“Qan Donorları Assosiasiyasının fəaliyyət istiqamətləri” mövzusunda birliyin sədri Fuad Əsgərov çıxış etdi. İlk növbədə təşkilatın yaranması ilə bağlı məruzə edən Fuad Əsgərov daha sonra təşkilatın missiyası və məqsədindən bəhs etdi. F.Əsgərov “Azerfon-Vodafone”-nun dəstəyi, “Qan Donorları Assosiasiyası” İctimai Birliyi və Azərbaycan Tibb Universitetinin “SİFE” komandasının təşkilatçılığı ilə www.QanVer.az veb səhifəsinin istifadəyə verildiyini, qonşu ölkələrdə qanvermə aksiyaları təşkil etdiklərini də vurğuladı. Daha sonra “Yaşamağım üçün qan verərsən?” adlı buklet paylanıldı və video-çarx nümayiş olundu. Sonda maraqlı suallar ətrafında müzakirələr aparıldı.