31 may Ümumdünya Tütünsüz Günüdür | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

31 MAY 2011

31 may Ümumdünya Tütünsüz Günüdür

PRESS-FAKT:Tütün tüstüsünün təsiri nəticəsində ildə təxminən 6 milyon insan dünyasını dəyişir. Dünya tədqiqatları göstərir ki, bütün ölüm hallarının 63%-i qeyri-infeksion xəstəliklərin payına düşür və yüksək qan təzyiqindən sonra 2-ci yerdə dayanan tütün tüstüsünün təsiri səbəbindən baş verir. XXI əsrdə tütündən 1 milyard insanın vəfatı gözlənilir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesablamalarına əsasən, dünyada 700 milyon uşaq (dünya uşaqlarının demək olar ki, yarısı) tütün tüstüsünün çirkləndirdiyi hava ilə nəfəs alırlar. Beynəlxalq Əmək Təşkilatının məlumatlarına əsasən, hər il ən azı 200 000 insan iş yerində məruz qaldıqları tütün tüstüsünün təsiri nəticəsində dünyasını dəyişir.

Tütün epidemiyası – dayanaq yoxsa dayandıraq? Üçüncü minilliyin başlanğıcında tütünçəkmə qlobal problemlərdən birinə çevrilərək, “tütün epidemiyası” ilə mübarizədə beynəlxalq səviyyədə səylərin gücləndirilməsini tələb edir. İctimaiyyətinin diqqətini bu problemə cəlb edilməsi üçün tədbirlər dünya miqyasında davamlı şəkildə aparılır. Belə ki, 1977-ci ildə Amerikanın Onkoloji Cəmiyyəti tərəfindən Beynəlxalq Tütünçəkmədən İmtina Günü təsis edilərək, hər il noyabrın üçüncü çərşənbə axşamı qeyd olunmağa başlandı. 1988-ci ildə isə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Assambleyasının 42-ci sessiyasında 19 saylı qətnamə ilə 31 may Ümumdünya Tütünsüz Günü elan edilib. Həmin dövrdən başlayaraq, hər il Ümumdünya Tütünsüz Gününün mövzusu tütünlə mübarizənin bir probleminə yönəldilir. 2011-ci ilin Ümumdünya Tütünsüz Gününün mövzusu “Tütünə qarşı mübarizə haqqında ÜST-ün Çərçivə Konvensiyası” elan edilib.

Dünyanın 172 ölkəsinin imzaladığı Tütünə qarşı mübarizə haqqında ÜST-ün Çərçivə Konvensiyasına Azərbaycan 2005-ci il noyabrın 1-də qoşuldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 989-IIQ saylı 20 sentyabr 2005-ci il tarixli “Tütünə qarşı mübarizə haqqında” ÜST-ün Çərçivə Konvensiyasına qoşulmaq barəsində Azərbaycan Respublikasının Qanunu imzalanıb.

Çərçivə Konvensiyası tütün məmulatlarının istehsalını, satışını və istifadəsini tənzimləyən bəşəriyyətin ilk beynəlxalq razılaşmasıdır ki, ictimai yerlərdə siqaret çəkməyi və tütün məmulatlarının hər hansı formada reklamını qadağan edir. Çərçivə Konvensiyasının əsas müddəaları tütünə tələbatın, eləcə də tütün məmulatlarının təchizatının azaldılmasıdır.

Çərçivə Konvensiyasının yerinə yetirilməsinə dair ölkələr hesabat verirlər 21-ci maddə Tərəflərdən Çərçivə Konvensiyasının həyata keçirilməsinə dair hesabatların təqdim edilməsini tələb edir. Hesabatların məqsədi Konvensiyasının həyata keçirilməsində Tərəflərə təcrübə mübadiləsi imkanını yaratmaq və ölkələrdə Konvensiyaya dair öhdəliklərin yerinə yetirilməsinə nəzər yetirməkdir. Tütünə qarşı mübarizə haqqında ÜST-nin Çərçivə Konvensiyasının rəsmi saytında dünya ölkələri ilə yanaşı, Azərbaycanın da hesabatları vardır. Azərbaycanın 5 illik hesabatı xüsusi maraq doğurur. Hesabatdan göründüyü kimi, ölkədə bu istiqamətdə fəaliyyət davam edir.

İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tütünlə mübarizəni gerçəkləşdirir Tütünlə mübarizə istiqamətində mühüm irəliləyiş olaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi bir sıra beynəlxalq, dövlət və qeyri-hökumət təşkilatlarının əməkdaşlığı ilə Azərbaycanda Tütünlə Mübarizə üzrə Milli Strategiyanın hazırlayıb, 2 dəfə Tütünlə Mübarizə üzrə Milli Konfransın keçirilməsinə nail olub. 1-ci Konfransda Bəyannamə imzalanmaqla, Azərbaycan Tütünlə Mübarizə Koalisiyasının yarandığını elan edildi. 2-ci Konfrans isə Azərbaycan Respublikasının “Tütünə qarşı mübarizə haqqında” ÜST-ün Çərçivə Konvensiyasına qoşulmasının 5 illiyinə həsr edilib. Eləcə də müxtəlif dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün çoxsaylı praktik təlimlər, dəyirmi masalar və digər tədbirlər aparılıb, “Tütünlə Mübarizə” mövzusunda 5-15 yaşlı uşaqlar arasında rəsm müsabiqəsi keçirilib, maarifləndirici bukletlər, kitabçalar, plakatlar hazırlanaraq paylanılıb. 2010-cu ilin dekabrında İSİM-in bir qrup əməkdaşı tütünlə mübarizə təcrübənin öyrənilməsi məqsədilə Türkiyəyə səfər edib. İSİM tərəfindən ilkin səhiyyə xidmətləri səviyyəsində fəaliyyət göstərən həkimlər üçün nəzərdə tutulan “Tütünçəkmədən imtina etmə üzrə kliniki protokol” hazırlanıb. Məqsəd əhaliyə tütünçəkmədən azad olmaq üçün ilkin səhiyyə xidmətləri səviyyəsində model yaratmaqla, tütünçəkən insanların səhhətində ağır nəticələrə gətirib çıxaran zərərli vərdişi tərgitməyə kömək göstərmək, tütünçəkmə nəticəsində insanlarda xəstələnmə hallarının, ağır fəsadlarının qarşısının alınması və beləliklə, ölüm hallarının azaldılması, həyat keyfiyyətinin artırılmasıdır. Bu gün İSİM dünyanın bir çox ölkələrində Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) dəstəyilə 13-15 yaşlı məktəblilər arasında keçirilən Gənclər arasında Tütündən İstifadənin Qlobal Tədqiqatının (GYTS) ilk dəfə olaraq, Azərbaycanda reallaşmasına başlayıb. GYTS 13-15 yaşlı məktəblilər (8, 9, 10-cu siniflər) arasında keçirilir və ölkələrin gənclər arasında tütündən istifadəyə dair monitorinq imkanlarını artırır. Sorğu bütün ölkələr üçün vahid, standartlaşdırılmış metodologiya və sorğu anketlərinə əsaslanaraq aparılır. Tədqiqatın məlumatlarına əsasən, tütünə dair profilaktika və nəzarət proqramlarının hazırlanması, həyata keçirilməsi və qiymətləndirilməsi mümkündür. Tədqiqatın sorğu hissəsi artıq başa çatdırılıb və respublika üzrə 25 məktəbi, 2047 şagirdi əhatə edib. Digər tədqiqat “Qeyri-infeksion xəstəliklərin risk faktorlarının araşdırılması”dır. Bu sorğunun əsas məqsədi xroniki qeyri-infeksion xəstəliklərin risk faktorları haqqında ətraflı məlumat toplamaqdır. Belə risk faktorlarına həm də tütünçəkmə aiddir. Risk faktorları araşdırıldıqdan sonra məlumatlar elektron bazaya daxil edilib təhlil olunacaq. Araşdırmanın nəticələri əsasında qeyri-infeksion xəstəliklərə qarşı milli strategiyanın hazırlanması planlaşdırılır. Bütün bu tədbirlərin başlıca məqsədi ÜST tərəfindən epidemiya elan edilmiş və müasir dövrdə əhalinin sağlamlığının qorunması sahəsində təhlükəli problemə çevrilmiş tütünlə mübarizədə hökumət, qeyri-hökumət, beynəlxalq təşkilatların ayrı-ayrı vətəndaşlarının, bütövlükdə Azərbaycan cəmiyyətinin səylərinin birləşdirilməsinə və icra orqanlarının bu istiqamətdə həyata keçirdiyi tədbirlərə ictimai dəstəyin təşkil olunmasına nail olmaqdır. 2010-cu ilin martında www.tobaccocontrol.az internet səhifəsi yaradılıb və istifadəyə verilib. Çərçivə Konvensiyasının tütün məmulatlarının qablaşdırılması və markalanması haqqında 11-ci maddəsinə əsaslanaraq, İSİM tərəfindən nümunə kimi, ÜST-ün Avropa ölkələrinə təklif etdiyi tütün məmulatları qutuları üzərindəki qrafik təsvirlər azərbaycan dilində hazırlanıb. Sağlamlığa zərər haqqında yalnız mətndən ibarət kiçik xəbərdarlıqlarla müqayisədə, şəkilli daha iri xəbərdarlıqlar daha böyük ehtimalla nəzərə çarpacaq, sağlamlıq üçün zərərli risklər haqqında informasiyanı daha yaxşı çatdıracaq, yüksək emosional reaksiya yaradacaq və tütündən istifadə edənlərin tütündən istifadəni dayandırmağa və azaltmağa motivasiyasını artıracaq.

Azərbaycanda tütünçəkmənin məhdudlaşdırılması istiqamətində qanunvericiliyin təkmilləşdirilməsi əhalinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların, yeniyetmələrin və gənclərin sağlam böyüməsi və inkişafı, zərərli vərdişlərə aludəçiliyin profilaktikası, tütün məmulatlarının istehlakının zərərli təsirinin azaldılması məqsədini daşıyır. 31 may - Ümumdünya Tütünsüz Günü bir daha bizi öz sağlamlığımız, yaxın və doğmalarımızın sağlamlığı barədə düşünməyə vadar edir. Düşünün və düzgün seçim edin.