İSİM-də Səhiyyə Kommunikasiyası üzrə təlim keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

18 MAY 2011

İSİM-də Səhiyyə Kommunikasiyası üzrə təlim keçirildi

Davranışlara təsir edəcək kommunikasiyanın planlaşdırılması (COMBİ) Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən dünyanın 50 ölkəsində, BMT-nin Uşaq Fondu-YUNİSEF tərəfindən isə 5 ölkədə həyata keçirilir. BMT-nin digər aidiyyatı agentlikləri də bu istiqamətdə fəaliyyət göstərir. Şəxslərarası kommunikasiya adlanan bu üsul davranışlara təsir etmək üçün vacibdir.

“Mənim üçün kommunikasiya bir-birimizlə ünsiyyət deməkdir və bu ünsiyyətdə təkcə söz deyil, bədən hərəkətləri, jest və mimikalar da əhəmiyyətlidir. Dediklərim səhiyyə kommunikasiyası üçün daha spesifikdir.” Bu fikirlərlə Ümumdünya Səhiyyə Təşkilatının ABŞ nümayəndəliyinin Baş kommunikasiya məsləhətçisi Hosein Everold Səhiyyə Kommunikasiyası üzrə təlimdə çıxış etdi.

BMT-nin Uşaq Fondu tərəfindən keçirilən təlim 2011-ci il mayın 18-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) gerçəkləşdi. Təlimdə BMT-nin Uşaq Fondunun Azərbaycan nümayəndəliyinin və İSİM-in əməkdaşlarından ibarət qrup iştirak etdi. “Davranışların dəyişdirilməsi üzrə kommunikasiya” mövzusuna həsr olunmuş sessiyanı giriş sözü ilə açan H.Everold iştirakçıları Azərbaycana gəlişinin məqsədi və təlimin proqramı ilə tanış etdi. Təlim ərzində davranışların dəyişdirilməsi üzrə kommunikasiyanın əsas aspektlərindən söhbət açılacağını bildirdi. İSİM-lə bu mövzuda görüşün keçirildiyini və səhiyyə kommunikasiyası ilə bağlı fikir mübadiləsi aparıldığını nəzərə çatdırdı. Səfər çərçivəsində ölkədə sosial ünsiyyət və inkişaf proqramının səhiyyə, təhsil, eyni zamanda uşaq hüquqlarının qorunması istiqamətində öyrəniləcəyini, bu sahələrdə maarifləndirmənin həyata keçiriləcəyini qeyd edən H.Everold eyni zamanda səhiyyə kommunikasiya forması – COMBİ-nin əsas mərhələlərilə bağlı qısa məlumat veriləcəyini bildirdi. Daha sonra H.Everold səhiyyə kommunikasiyası yönündə ABŞ-da görülmüş işlərdən bəhs etdi.

Belə ki, hər il ABŞ-ın Nyu-York Universitetində iyulun 3-dən başlayaraq, həftəlik olaraq, Davranışlara təsir edəcək kommunikasiyanın planlaşdırılması (COMBİ) üzrə yay təlimləri keçirilir. Bu təlimlərdə iştirakçılara səhiyyə və sosial sahələrdə davranışlara təsir edəcək kommunikasiyanın əsas texniki göstəricilərilə bağlı biliklər aşılanır. H.Everold həmçinin BMT-nin Uşaq Fondunun bu istiqamətdə mövcud sahəsi – İnkişaf üçün Kommunikasiyanın tərkibinə daxil olan yanaşmalar haqqında məruzə etdi. Bu yanaşmalardan biri və ən əhəmiyyətlisi olan COMBİ-nin səciyyəvi xüsusiyyətləri ilə bağlı məlumat verən Baş kommunikasiya məsləhətçisi COMBİ-nin əsaslarını inteqrasiya olunmuş marketinqin təşkil etdiyini də vurğuladı.

Həmçinin səhiyyə kommunikasiyasının vəziyyətini öyrənmək məqsədilə aparılmış tədqiqat işlərindən söhbət açdı. Ekoloji təbabət, sosial gigiyena və sağlam həyat tərzi mövzularında İİV/QİÇS, ağ ciyər xəstəlikləri, malyariya ilə bağlı kommunikasiyada davranışlara təsirin nəticələrinin araşdırıldığını bildirdi.

Yekun olaraq, iştirakçılar iyunda İSİM-də keçirilməsi nəzərdə tutulan təlimlər barədə məlumatlandırıldı. 9 günlük davam edəcək təlimlərdə Nyu-York Universitetində aparılmış səhiyyə kommunikasiyası ilə əlaqədar dərslər barədə qısa məlumat veriləcək və təcrübə mübadiləsi aparılacaq. Eləcə də COMBİ-nin planlaşdırma prosesinin 10 mərhələsi təfərrüatı ilə təlim iştirakçılarına təqdim olunacaq.