• İSİM-də “21 sentyabr - Beynəlxalq Sülh Günü”nə həsr edilmiş tədbir keçirildi
  • “Ümumdünya ana südü ilə qidalandırma həftəsi” qeyd olundu
  • “28 iyul – Ümumdünya Hepatit Günü”nə həsr olunmuş mətbuat konfransı keçirildi
  • İSİM-in nümayəndəsi Aşqabadda keçirilən elmi-praktik konfransda iştirak etdi
  • İSİM-də “Neonatal reanimasiya” üzrə təlim təşkil edildi
  • İSİM-də “31 May 2018-ci il: Ümumdünya Tütünsüz Gününün 30 illik yubileyi” mövzusunda Kütləvi İnformasiya Vasitələrinin iştirakı ilə dəyirmi masa keçirildi
  • İSİM-də “Kliniki Qərara Dəstək Təlim Təşəbbüsü” layihəsinin nailiyyətlərinə həsr olunmuş konfrans təşkil olundu
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

XƏBƏRLƏR bütün xəbərlər

4 APREL 2011

2011-ci il martın 28-30-da Türkiyənin İstanbul şəhərində “Şərqi Avropa və Orta Asiyada səhiyyədə bərabərsizliyin azaldılması haqqında” texniki müşavirə keçirilib.

2011-ci il martın 28-30-da Türkiyənin İstanbul şəhərində “Şərqi Avropa və Orta Asiyada səhiyyədə bərabərsizliyin azaldılması haqqında” texniki müşavirə keçirilib. Texniki müşavirənin məqsədi miqrantlar, qaçqınlar, köçkünlər və yoxsul gənclərin səhiyyə xidmətlərindən istifadədə bərabərsizliyinin əsas faktorlarını, səhiyyə sistemini gücləndirmə yollarını müzakirə etmək idi. Müşavirədə həmçinin yoxsul əhalinin ana və uşaq sağlamlığı, eləcə də cinsi və reproduktiv sağlamlığı problemlərinə toxunulub. Avropa və Mərkəzi Asiyadan olan ictimai səhiyyə, sosial müdafiə, CRS/İİV/QİÇŞ və gender sahələrində ixtisaslaşmış beynəlxalq, eləcə də milli ekspertlər, həmçinin, vətəndaş cəmiyyəti təşkilatları, elmi və beynəlxalq cəmiyyətlərin nümayəndələri iştirak ediblər.

Azərbaycanı Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktoru, reproduktiv sağlamlıq və ailə planlaşdırması üzrə milli koordinator Faizə Əliyeva və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin ictimai səhiyyə mütəxəssisi Əsvəd Qəbul-zadə təmsil ediblər.

"Gənclərin" problemlərinə həsr olunmuş sesiyyada iştirak etmiş Faizə Əliyeva belə görüşlərin əhəmiyyətini vurğulayaraq, iştirakçılar arasında online əlaqə yaradılmasını və mütəmadi fikir mübadiləsi aparılmasını təklif edib. "Qaçqınlar və Məcburi Köçkünlər" mövzusuna həsr edilmiş sessiyada iştirak etmiş Əsvəd Qəbul-zadə Azərbaycanda həmin əhali qrupunun səhiyyə xidmətlərindən istifadədə bərabərsizliyinin azaldılması məqsədilə görülmüş işlərdən danışıb.