30 İYUN 2010
İSİM-də “Reproduktiv Sağlamlıq və Ailə Planlaşdırılması layihəsinin Bakı/Abşeronda həyata keçirdiyi fəaliyyətlər. Öyrənilmiş dərslər” mövzusunda müşavirə keçirildi
2010-cu il iyun ayının 30-da Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən maliyyələşdirilən və EngenderHealth təşkilatının rəhbərliyi altında həyata keçirilən Reproduktiv Sağlamlıq və Ailə Planlaşdırılması layihəsinin Bakı şəhəri və Abşeron rayonunun seçilmiş icmalarda tətbiq olunan fəaliyyətlərə dair müşavirə keçirildi.
Reproduktiv Sağlamlıq və Ailə Planlaşdırılması layihəsinin direktoru Mavjuda Babamuradova layihənin həyata keçirilmə modeli və öyrənilmiş dərslər barədə iştirakçılara ətraflı məlumat verdi.
EngenderHealth təşkilatının Təlim üzrə Koordinatoru Təranə Əhmədova Reproduktiv Sağlamlıq və Ailə Planlaşdırılması layihəsinin Bakı/ Abşeronda həyata keçirdiyi fəaliyyətlərinin nəticələri və RS/AP sahəsinə təsiri haqqında təqdimatı iştirakçıların xüsusi marağına səbəb oldu. İştirakçıları maraqlandıran suallar ətrafında müzakirələrdən sonra RS/AP üzrə tibbi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması fəaliyyətləri və onların davamlılıq mexanizmləri və əhali arasında RS/AP üzrə səhiyyə maarifi fəaliyyətləri: dayanıqlılıq, davamlılıq və genişləndirmə mexanizmlərinə dair mövzularda qrup işləri keçirildi.
Müşavirədə Reproduktiv Sağlamlıq üzrə Səhiyyə Nazirliyinin Milli Koordinatoru Faizə Əliyeva, İSİM-in direktoru Ceyhun Məmmədov, Bakı və Abşerondakı hədəf tibb müəssisələrinin nümayəndələri və əczaxanaların əməkdaşları, Səhiyyə Nazirliyi, Mamalıq və Ginekologiya İnstitutu, İSİM və beynəlxalq təşkilatların nümayəndələri iştirak etdilər.