• “Ümumdünya ana südü ilə qidalandırma həftəsi” qeyd olundu
  • “28 iyul – Ümumdünya Hepatit Günü”nə həsr olunmuş mətbuat konfransı keçirildi
  • İSİM-in nümayəndəsi Aşqabadda keçirilən elmi-praktik konfransda iştirak etdi
  • İSİM-də “Neonatal reanimasiya” üzrə təlim təşkil edildi
  • İSİM-də “31 May 2018-ci il: Ümumdünya Tütünsüz Gününün 30 illik yubileyi” mövzusunda Kütləvi İnformasiya Vasitələrinin iştirakı ilə dəyirmi masa keçirildi
  • İSİM-də “Kliniki Qərara Dəstək Təlim Təşəbbüsü” layihəsinin nailiyyətlərinə həsr olunmuş konfrans təşkil olundu
  • Ümumdünya Tütünsüz Günü ərəfəsində "Elektron Hökumət Təlim-Tədris Mərkəzində tütünə qarşı mübarizə ilə bağlı tədbir keçirildi
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

XƏBƏRLƏR bütün xəbərlər

4 İYUN 2010

İSİM-də stasionar xidmətinin maliyyələşdirilmə sisteminin təkmilləşdirilməsi mövzusunda seminar keçirildi

4 iyun 2010-cu il tarixdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Səhiyyə Nazirliyinin 3 avqust 2009-cu il tarixli “Azərbaycan Respublikasında səhiyyənin yeni maliyyələşdirmə sisteminə hazırlıq barədə” Sərəncamının yerinə yetirilməsi çərçivəsində stasionar xidmətinin maliyyələşdirilmə sisteminin təkmilləşdirilməsi mövzusunda İSİM, Səhiyyə Nazirliyinin Səhiyyə Sektorunda İslahatlar Layihəsi və Abt Associates tərəfindən birgə təşkil olunmuş seminar keçirildi.

Seminarda Bakı şəhərinin aparıcı xəstəxanalarının və doğum evlərinin aidiyyəti işçiləri və Bakı Baş Səhiyyə İdarəsinin təmsilçiləri iştirak etmişdirlər. Seminarı səhiyyə maliyyələşməsi üzrə beynəlxalq mütəxəssis Aleksandr Katsaqa aparmışdır. Seminar zamanı “2008-2012-ci illərdə Azərbaycan Respublikasında səhiyyənin maliyyələşdirilməsi sisteminin islahatı və icbari tibbi sığortanın tətbiqi Konsepsiyasının həyata keçirilməsi üzrə Tədbirlər Planı”na əsasən tibbi xidmət təchizatçılarının yeni maliyyələşdirmə sisteminin işlənib hazırlanması və bu məqsədlə xəstəxanalarda məlumatların toplanması və təhlili barədə ətraflı məlumat verildi. Stasionarların gələcəkdə “müalicə halı” əsasında maliyyələşdirilməsi çərçivəsində zəruri hesab olunan kliniki-xərclər qrupların işlənməsi üçün seçilmiş və seminarda iştirak etmiş stasionarlarda stasionardan çıxanın tibbi kartasındaki (AZS-066 nömrəli forma) məlumatların “Vətəndaşların Elektron Sağlamlıq Kartı Sistemi”nə düzgün və vaxtında daxil edilməsi zərurəti vurğulandı. İştirakçılara bir sıra statistik forma və cədvəllərdən istifadə qaydaları və əldə ediləcək faydalar izah edildi.

Seminarın yekununda iştirak edən xəstəxana və doğum evləri təmsilçilərinə seminar materialları paylanıldı və 2 həftə ərzində onlardan artıq doldurulmuş statistik formaların təhlil üçün alınması qərarı qəbul olundu.