İctimai Səhiyyə və İslahatlar Mərkəzində “Səhiyyə sahəsində PR və Kommunikasiya” mövzusunda dördüncü görüş keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

2 İYUL 2008

İctimai Səhiyyə və İslahatlar Mərkəzində “Səhiyyə sahəsində PR və Kommunikasiya” mövzusunda dördüncü görüş keçirildi

24 iyun 2008-ci il tarixində İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) KİV və İctimaiyyətlə Əlaqələr şöbəsinin təşkilatçılığı ilə yerli QHT-lər və beynəlxalq təşkilatların nümayəndələri ilə “Səhiyyə sahəsində PR və Kommunikasiya” mövzusunda dördüncü görüş keçirildi. Tədbirdə USAİD-in İlkin Səhiyyə Xidmətlərinin Gücləndirilməsi Layihəsi (PHCS), Respublika QİÇS-lə Mübarizə Mərkəzinin, Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun, ACQUIRE Project, Azərbaycan Qızıl Aypara Cəmiyyəti, Azərbaycan Tibb Assosiasiyasının, “Sağlamlığa Çağırış” QHT Koalisiyasının, “Uşaqlara Mərhəmət” İctimai Birliyinin, “Səhiyyənin İnkişafına Dəstək” və “Həyat” İctimai Birliyinin nümayəndələri iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan İSİM-in KİV və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Nurlan Əliyev bu görüşün artıq dördüncü dəfə baş tutduğunu xatırlatdı. Hər görüşə yeni təşkilatların nümayəndələrinin qoşulmasını müsbət məqam kimi vurğulayan N. Əliyev bu tədbirlərin səhiyyə kommunikasiyası sahəsində təcrübə mübadiləsində hamı üçün faydalı olduğunu qeyd etdi. Görüşdə ilk dəfə iştirak edənlər təmsil etdikləri təşkilatların fəaliyyəti barədə ətraflı məlumat verdilər.

Məlumat mübadiləsindən sonra 01-21 İyun 2008-ci il ABŞ-ın Baltimor şəhərində Cons Hopkins Universitetinin Blumberq İctimai Səhiyyə Məktəbinin Səhiyyə Kommunikasiyası Proqramları Mərkəzi tərəfindən həyata keçirilən “Səhiyyə Kommunikasiyası sahəsində Liderlik” seminarda iştirak etmiş N.Əliyev bu barədə təqdimatla çıxış etdi.

Təqdimat ətrafında fikir mübadiləsinin ardından USAİD-ın İlkin Səhiyyə Xidmətlərinin Gücləndirilməsi Layihəsinin Səhiyyə kommunikasiyası üzrə meneceri Cəmilə Əzizova “Səhiyyə Kommunikasiya sahəsində çalışan mütəxəssislərin peşə bacarıqlarının artırılması üçün imkanlar” mövzusunda çıxış etdi. Görüş iştirakçıları səhiyyə sektorunda fəaliyyət göstərən QHT-lərin səhiyyə kommunikasiya sahəsində bilik və bacarıqlarının inkişaf etdirilməsi ilə bağlı ideyalar irəli sürdülər. Müzakirələrdən sonra növbəti görüşdə bu ideyaların reallaşdırılması ilə bağlı təkliflərin müzakirə edilərək müvafiq addımlar atılması ilə bağlı razılıq əldə olundu.