İSİM-də növbəti təşkilatlar arası iclas keçirilmişdir | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • 31 may – Ümumdünya Tütünsüz Günü qeyd olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib
  • Zərərli vərdişlərə qarşı maarifləndirici aksiya keçirilib
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi İllik Hesabat-2024 buraxılışını təqdim edib

XƏBƏRLƏR bütün xəbərlər

9 DEKABR 2009

İSİM-də növbəti təşkilatlar arası iclas keçirilmişdir

Dekabr ayının 9-da Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) beynəlxalq təşkilatların nümayəndələri, milli koordinatlar və İSİM-in rəhbərliyi arasında növbəti təşkilatlararası iclas keçirildi.

İclasda Azərbaycanda fəaliyyət göstərən Vişnevskaya -Rostropoviç Fondu, Engender Health, USAİD, Açıq Cəmiyyət İnstitutu, UAFA, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri və eləcə də Səhiyyə Nazirliyinin “Sağlam həyat tərzi” üzrə milli koordinatoru Azad Hacıyev iştirak edirdi.

Görüşün iştirakçıları ilk növbədə noyabr ayı ərzində gördükləri işlər, həyata keçirdikləri layihə və tədbirlər haqqında qısa məlumat verdilər və onların fəaliyyəti ilə bağlı digər iştirakçıları maraqlandıran sualları cavablandırdılar.

Görüşdə İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Ceyhun Məmmədovun “İSİM-in web saytı” haqqında təqdimatı oldu. Təqdimat zamanı C.Məmmədov tədbir iştirakçılarına saytın yaradılma tarixi, saytın ana səhifəsi, bölmələri, eləcə də saytdakı yeniliklərdən məlumat verdi, sayt vasitəsi ilə elektron kitabxanadan (e-kitabxana) istifadə qaydalarını iştirakçıların nəzərinə çatdırdı. İştirakçılar saytın olduqca məlumatlandırıcı və gələcəkdə gündəlik fəaliyyətlərində çox faydalı olduğunu qeyd etdilər.

Daha sonra isə UAFA (Azərbaycana Birgə Yardım) beynəlxalq təşkilatının Kommunikasiya və Müvəkkillik üzrə meneceri Cəbrayıl Məhərrəmov təşkilat haqqında təqdimat keçirdi. Təqdimat zamanı C. Məhərrəmov dövlət qayğısında olan uşaqların sayının azaldılması, müəssisələrdə qayğı və xidmət səviyyəsinin yüksəldilməsi, xüsusi ehtiyaclı uşaqlar üçün sosial xidmətlərin inkişafı kimi məqsədlərindən, eləcə də təşkilat tərəfindən həyata keçirilən proqramlar haqqında danışdı.

İclasın sonunda İSİM-in rəhbərliyi tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırdı, növbəti iclasın yanvar ayında keçiriləcəyini bildirdi.