• Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin tələbələri üçün “Zərərli vərdişlərə “Yox!” deyək” mövzusunda maarifləndirici tədbir təşkil edildi
  • 2 nömrəli Bakı Baza Tibb Kollecinin tələbələri tütünün təhlükələri barədə maarifləndirildilər
  • Ümumdünya Tütünsüz Günü ərəfəsində "Elektron Hökumət Təlim-Tədris Mərkəzində tütünə qarşı mübarizə ilə bağlı tədbir keçirildi
  • İSİM-in nümayəndələri Türkiyədə "Ağ ciyər və süd vəzi xərçəngləri" mövzusuna həsr olunmuş tədbirdə iştirak ediblər
  • Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü İSİM-də qeyd olundu
  • Şagirdlər ətraf mühitin insan sağlamlığına təsiri barədə maarifləndirildilər
  • İncəsənət Kollecinin tələbələrinə reproduktiv sağlamlıq və erkən nikahların fəsadları barədə məlumat verildi
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

XƏBƏRLƏR bütün xəbərlər

13 İYUN 2008

İSİM-də Ümumdünya Qan Donoru Gününə həsr olunmuş dəyirmi masa keçirildi

12 iyun 2008-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) 14 iyun Ümumdünya Qan Donoru Gününə həsr olunmuş dəyirmi masa keçirildi. Tədbirdə İSİM-in direktor müavini Gülşən Həsənova, Səhiyyə Nazirliyinin Baş hematoloqu Çingiz Əsədov, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Esmira Alməmmədova, Respublika Elmi-praktik Hemofiliya Mərkəzinin rəhbəri Elmira Qədimova, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə ölkə ofisinin əməkdaşları Sevil Əsədova və Samir Mehdiyev, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin “Sağlamlıq və qayğı” şöbəsinin müdiri Mətanət Qaraxanova, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının İdarə Heyətinin üzvü Güldanə Rüstəmova, Qan Donorları Assosiasiyasının sədri Fuad Əsgərov iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan İSİM-in direktor müavini Gülşən Həsənova bildirdi ki, 2005-ci ilin may ayında Ümumdünya Səhiyyə Təşkilatının Assambleyasında könüllü qan donorluğunu dəstəkləyən bəyanat qəbul edilmişdir. Bəyanatda 14 iyun tarixinin Ümumdünya Qan Donoru Günü kimi hər il keçirilməsi qərara alınmışdır. Ötən il İSİM-də bu Günə həsr olunmuş tədbirin keçirildiyini xatırladan Gülşən Həsənova qeyd etdi ki, könüllü, təmənnasız donorlar təhlükəsiz qan təminatının əsasını təşkil edirlər. İnkişaf etmiş ölkələrdə qan donorluğu əsasən təmənnasız qaydalarla qurulur. Buna isə cəmiyyət tərəfindən mərhəmət prinsiplərinə üstünlük verilməsi, donorluğun təbliğatı və təmənnasız donorların həvəsləndirilməsi ilə nail olunur. Onun sözlərinə görə, bu dəyirmi masanın da keçirilməsində məqsəd bir daha diqqəti könüllü qan donorluğunun dəstəklənməsinə, onun inkişaf etdirilməsi, bu istiqamətdə maarifləndirmə işlərinin daha geniş miqyasda aparılması məsələlərinə cəlb etməkdir.

“Azərbaycanda qan donorluğu və qan xidməti” mövzusunda çıxış edən Səhiyyə Nazirliyinin Baş hematoloqu Çingiz Əsədov qeyd etdi ki, SSRİ- dövründə Azərbaycanda qan donorluğu yaxşı inkişaf etmişdi və təşkil olunmuşdu. SSRİ-nin dağılması ilə qan donorluğu sahəsində də problemlər yarandı, keçid dövründə qanvermələrin sayı kəskin şəkildə aşağı düşdü. 2003-ci ildən başlayaraq BMT-nin və Norveç Krallığının dəstəyi ilə Respublika Qan Xidmətinin reablitasiyasına başlanıldı. 2005-ci ildən etibarən dövlət tərəfindən donorluğun inkişafı ilə bağlı əhəmiyyətli addımlar atıldı. Azərbaycan Respublikası Prezidenti tərəfindən 3 may 2005-ci ildə “Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında” qanun imzalandı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 yanvar 2006-cı il tarixli 16 №-li qərarı ilə Qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Dövlət Proqramı təsdiq edilmişdir.

Baş hematoluq qeyd etdi ki, hal hazırda donor qanının yoxlanması ilə bağlı heç bir çətinlik yoxdur. Qan xidməti Səhiyyə Nazirliyi tərəfindən müasir reaktivlərlə təmin edilib. Bütün ölkə üzrə müvafiq dövlət tibb müəssisələrində donor qanı pulsuz verilir.

ÜST-nın Azərbaycan üzrə ölkə ofisinin əməkdaşı Sevil Əsədova Ümumdünya Qan Donoru Günü barədə məlumat verdi. Onun sözlərinə görə, hər il ÜST bu Günün qeyd olunması ilə bağlı bir şüar seçir və media kampaniyaları aparır. Bu il Ümumdünya Qan Donoru Günü “Könüllü donorlara minnətdarlıq!” şüarı ilə qeyd olunur. Sevil Əsədovanın sözlərinə görə, hazırda inkişaf etmiş ölkələrdə könüllü, təmənnasız qan donorluğu 100 faizə çatmaq üzrədir. Könüllü qan donorluğunun üstünlüklərindən danışan Sevil Əsədova qeyd etdi ki, bu cür donorlar heç bir maddi maraq güdmürlər, yalnız xeyirxahlıq məqsədilə qan verirlər, özləri haqqında düzgün məlumat verirlər. Özlərinin sağlamlıqlarının qayğısına qalırlar. Beləliklə könüllü, təmənnasız qan donorluğu donor qanının təhlükəsizliyi ilə bağlı problemləri də həll etməyə imkan verir. Onun sözlərinə görə, Azərbaycanda da təmənnasız, könüllü qan donorluğunun inkişaf etdirilməsi üçün maarifləndirmə aparılmalı, dövlət orqanları, QHT-lər, KİV bu məsələyə xüsusi diqqət yetirməlidirlər.

“HİV-infeksiyasının yayılmasında donor qanının təhlükəsizliyinin rolu” mövzusunda çıxış edən Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Esmira Alməmmədova qeyd etdi ki, HİV/AİDS-lə Mübarizə üzrə Dövlət Proqramında donor qanının təhlükəsizliyi ilə bağlı məsələlər öz əksini tapır. Hazırda donor qanının 100 faizi HİV/AİDS-ə yoxlanılır.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AQPC) “Sağlamlıq və qayğı” şöbəsinin müdiri Mətanət Qaraxanova “Könüllü təmənnasız donorların cəlb olunması” mövzunda çıxış etdi. O, bildirdi ki, AQPC Azərbaycan Talassemiya Assosiasiyası ilə birgə Qan Bankının mütəxəssislərinin iştirakı ilə müntəzəm olaraq qanvermə aksiyaları təşkil edir. Cəmiyyət Norveç Qızıl Xaç Cəmiyyətinin dəstəyi ilə 2004-cü ildən “Azərbaycanda donorluğun inkişafı” adlı proqram həyata keçirir. Bu proqram ölkədə könüllü, təmənnasız donorların cəlb edilməsinə yönəldilmişdir. Mətanət Qaraxanovanın sözlərinə görə, hazırda könüllü, təmənnasız donorluğun təbliği, inkişaf etdirilməsi Cəmiyyətin əsas prioritetlərindəndir. Cəmiyyət nəzdində bu məqsədlə “Klub-25” yaradılmışdır. Bu kluba 18 yaşından 25 yaşına qədər 25 dəfə könüllü, təmənnasız qan vermiş donorlar daxil olurlar. Mətanət Qaraxanova qeyd etdi ki, könüllü, təmənnasız qan donorluğunun inkişaf etdirilməsi ölkəmiz üçün böyük əhəmiyyətə malikdir və bu istiqamətdə səylərin birləşdirilməsinə, fəaliyyətin əlaqələndirilməsinə ciddi ehtiyac var. “Azərbaycanda Qan Donorlarının Assosiasiyasının yaradılması” mövzusunda çıxış edən Assosiasiyasının prezidenti Fuad Əsgərov təşkilatın məqsədi, fəaliyyət istiqamətləri barədə tədbir iştirakçılarına məlumat verdi.

Təqdimatlardan sonra mövzular ətrafında müzakirələr aparıldı, tədbir iştirakçıları könüllü, təmənnasız qan donorluğunun inkişaf etdirilməsi ilə bağlı fikirlərinin açıqladılar.