Tütünlə Mübarizə üzrə Milli Konfrans | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

15 DEKABR 2009

Tütünlə Mübarizə üzrə Milli Konfrans

14 dekabr 2009-cu il tarixdə Hyatt Regensy mehmanxanasının Şuşa zalında Blumberq Təşəbbüsü Fondunun dəstəyi ilə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi və Azərbaycan Səhiyyə Kommunikasiyası Assosiasiyası tərəfindən birgə təşkil olunmuş Tütünlə Mübarizə üzrə Milli Konfrans keçirildi.

Konfransda tütün epidemiyasının hər il dünyada 5,4 milyon insanın ölümünə səbəb olduğu qeyd edildi. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) açıqlamalarına görə XX əsrdə tütün epidemiyası 100 milyon insanın həyatına son qoyub və bunun qarşısı alınmadığı halda XXI əsrdə bu rəqəmin 1 milyarda çatacağı gözlənilir. Tam qarşısı alına bilinən epidemiya ilə mübarizə hazırda dünyanın hər bir ölkəsində ictimai səhiyyənin ən mühüm prioritetlərindən biridir.

Konfransda Azərbaycanın tütünlə mübarizəyə Tütünə Nəzarət üzrə Avropa Strategiyasının ikinci planına qoşulması ilə başladığı vurğulandı. 2001-ci ildə «Tütün və tütün məmulatı haqqında» Azərbaycan Respublikasının Qanunu qəbul edilib və Səhiyyə Nazirliyi tərəfindən tütün məmulatlarının tərkibində olan qətranlı maddələr, nikotin və monoksid karbon üçün normativlər təsdiq olunub. Mövcud qanunvericiliyi təkmilləşdirmək məqsədilə 2002-ci ildə «Reklam haqqında» Azərbaycan Respublikasının Qanununa düzəlişlər edilib. 2005-ci ildə isə Azərbaycan Tütünə qarşı mübarizə haqqında ÜST-nin Çərçivə Konvesiyasını ratifikasiya edib.

Konfransda tütünün insan orqanizminə zərəri, siqaret çəkən şəxsin özü ilə bərabər digər insanların da sağlamlığına ziyan vurduğu qeyd edildi. Aparılan tədqiqatlara görə Azərbaycanda 15-49 yaşında olan kişilərin yarısı tütündən istifadə edir. Tütündən istifadə edən kişilərin (20-34 yaş) bir qismi özlərini təsdiq etmək üçün, bəziləri siqaret dəb olduğundan (20-34 yaş), digərləri isə yaxınlarının istifadə etdiyi üçün özlərinin də çəkdiyi (35-50 yaş) qənaətindədirlər.

Tədbirdə bildirildi ki, Azərbaycanda tütünçəkmənin azaldılması məqsədi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Azərbaycan Səhiyyə Kommunikasiyası Assosiasiyası və ABŞ-ın Cons Hopkins Universitetinin Blümberq İctimai Səhiyyə Məktəbinin Kommunikasiya Proqramları Mərkəzi tərəfindən «Azərbaycanda Tütünlə Mübarizə üzrə Milli Strategiyanın Hazırlanması» layihəsi həyata keçirilir. Blümberq Təşəbbüsü Fondunun dəstək olduğu bu layihə çərçivəsində görüşlərin keçirilməsi, Azərbaycan dilində tütünə nəzarət mövzusuna həsr edilən internet səhifəsinin istifadəyə verilməsi, tütünlə mübarizə üzrə rəhbər vəsaitin hazırlanması, tütünlə mübarizə sahəsindəki tərəfdaşlar üçün təlimlərin keçirilməsi nəzərdə tutulub.

Konfrans iştirakçıları Azərbaycanda tütünçəkmədən irəli gələn problemlərin azaldılmasına və aradan qaldırılmasına, müasir profilaktik-müalicəvi tədbirlərin təşkil olunub həyata keçirilməsinə olan böyük ehtiyacı vurğuladılar. Qeyd olundu ki, bu istiqamətdə görülən işlər təkcə səhiyyənin yox, başqa sahələrin də gündəmində olmalıdır, tütün epidemiyası ilə mübarizə səylərin gücləndirilməsini və bu sahədə ölkədə olan bütün aidiyyəti qüvvələrin birləşdirilməsini tələb edir. Nəticədə Konfrans iştirakçıları tərəfindən “Azərbaycan Tütünlə Mübarizə Koalisiyası”nın yaradılması haqqında bəyannaməqəbul edildi.

Milli Konfransda Milli Məclisin, Səhiyyə, Təhsil, Ədliyyə, İqtisadi İnkişaf, Vergilər, Gənclər və İdman, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman Aparatı), Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının, Ağciyər Xəstəlikləri və Vərəmə qarşı Mübarizə üzrə Beynəlxalq Birliyin, ÜST-nin, USAİD-nin, UNFPA-nın, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin, Azərbaycan Səhiyyə Kommunikasiyası Assosiasiyasının, Ankara Hacıtəpə Universitetinin, ACİ-YF-in, “Azərbaycan Respiratorlar Cəmiyyəti”nin, “HAYAT”, “Azərbaycan Həkimlər və Təbib Tələbələr” və “Savab” ictimai birliklərinin nümayəndələri iştirak edirdilər.