Beynəlxalq Tibbi Sanitariya Qaydalarının təqdimat mərasimi keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • 31 may – Ümumdünya Tütünsüz Günü qeyd olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib
  • Zərərli vərdişlərə qarşı maarifləndirici aksiya keçirilib
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi İllik Hesabat-2024 buraxılışını təqdim edib

XƏBƏRLƏR bütün xəbərlər

7 MART 2008

Beynəlxalq Tibbi Sanitariya Qaydalarının təqdimat mərasimi keçirildi

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Azərbaycan dilinə tərcümə olunmuş Beynəlxalq Tibbi-Sanitariya Qaydalarının (2005) təqdimat mərasimi keçirildi.

Tədbirdə İSİM-in, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə ölkə ofisinin, Abt Assosacation layihəsinin, UNİSEF-in, Respublika Sanitar Karantin Müfəttişliyinin, Respublika Taun Əleyhinə Stansiyasının, Səbail, Nərimanov, Suraxanı, Sabunçu, Qaradağ, Binəqədi rayonları Gigiyena və Epidemiologiya Mərkəzlərinin əməkdaşları iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan İSİM-in direktoru Ceyhun Məmmədov 2005-ci ildə Ümumdünya Səhiyyə Assambleyasının 58-ci sessiyasında qəbul edilmiş Beynəlxalq Tibbi Sanitariya Qaydalarının əhalinin sağlamlığının müdafiə olunmasında böyük əhəmiyyət kəsb etdiyini bildirdi. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Baş direktor müavini Vaqif Abdullayev isə bu qaydaların ölkəmizdə tətbiqinin vacibliyini vurğuladı.

ÜST-ün Azərbaycan üzrə ölkə ofisinin əməkdaşı Elxan Qasımov “Beynəlxalq Tibbi Sanitariya Qaydaları (2005)” mövzusunda ətraflı məruzə ilə çıxış etdi.

Qeyd edək ki, Beynəlxalq Tibbi Sanitariya Qaydaları (2005) 2007-ci ildə ÜST-ün Azərbaycan üzrə ölkə ofisinin texniki dəstəyi ilə İSİM tərəfindən Azərbaycan dilinə tərcümə və nəşr olunmuşdur.