Erkən müdaxilə və xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə sosial inteqrasiyası | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • 31 may – Ümumdünya Tütünsüz Günü qeyd olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib
  • Zərərli vərdişlərə qarşı maarifləndirici aksiya keçirilib
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi İllik Hesabat-2024 buraxılışını təqdim edib

XƏBƏRLƏR bütün xəbərlər

11 MAY 2010

Erkən müdaxilə və xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə sosial inteqrasiyası

2010-cu il 5-7 may tarixlərində İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Avropa Komissiyasının Azərbaycan üzrə Nümayəndəliyi, Psixiatriyada Qlobal Təşəbbüs Təşkilatı (Hollandiya) dəstəyi ilə Uşaqların Sağlam Gələcəyi İctimai Birliyi tərəfindən “Erkən müdaxilə və xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə sosial inteqrasiyası” mövzusunda keçirilən silsilə təlimlərin davamı keçirildi.

Uşaqların psixofiziki inkişafında geriliyi erkən yaşdan müəyyən etmək və onların bacarıqlarını inkişaf etdirməklə cəmiyyətdən təcrid olunmasının qarşısını almaq məqsədini daşıyan Erkən Müdaxilə Proqramı çərçivəsində həyata keçirilən bu tədbirdə Bakı şəhər poliklinikalarından olan 40 mütəxəssis (nevropatoloqlar, psixoloqlar, loqopedlər) və eləcə də İSİM-in nümayəndələri iştirak etdi.

Uşaqların psixofiziki inkişafında olan geriliyi müxtəlif müayinə üsulları ilə erkən yaşdan aşkar etmək və müvafiq kompleks abilitasiya planını təyin etmək, təhsil və terapevtik proseslərdə ailə üzvlərinin aktiv iştirakını təmin etmək sahəsində iştirakçıların biliklərinin artırılması məqsədilə keçirilən təlimi Niderlandın HAN Universitetinin müəllimi, ortopedaqoq Dr. Truce Soeter apardı.

3 günlük təlimdə diaqnozdan müdaxiləyədək davam edən proses, xüsusi pozuntular, xüsusi uşaqlar və xüsusi ehtiyaclar, multidissiplinar yanaşma barədə iştirakçılara ətraflı məlumat verildi.

Sonda xüsusi qayğıya ehtiyacı olan uşaqlarla cəmiyyətə inteqrasiyası zamanı qarşıya çıxan problemlər və onların həll yolları barədə ətraflı müzakirələr aparıldı və tədbir təlimin iştirakçılar tərəfindən qiymətləndirilməsi ilə başa çatdı.