Azərbaycan Tütünlə Mübarizə Koalisiyasının IV görüşü | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

6 MAY 2010

Azərbaycan Tütünlə Mübarizə Koalisiyasının IV görüşü

2010-cu il may ayının 6-da İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Azərbaycan Tütünlə Mübarizə Koalisiyasının IV görüşü keçirildi.

Görüşdə İSİM, Azərbaycan Səhiyyə Kommunikasiyası Assosiasiyası və ABŞ-ın Cons Hopkins Universitetinin Blumberq İctimai Səhiyyə Məktəbinin Kommunikasiya Proqramları Mərkəzi tərəfindən həyata keçirilən “Azərbaycanda Tütünlə Mübarizə üzrə Milli Strategiyanın Hazırlanması” layihəsi çərçivəsində və Ümumdünya Ağ Ciyər Fondu tərəfindən verilmiş qrant əsasında çap edilmiş “Tütünə nəzarət” adlı vəsait təqdim olundu. Öz sağlamlığı və səhiyyə siyasəti haqqında düşünən və tütün istehsalı sahəsində idarəetmə, siyasət, iqtisadiyyat, biznes, korporasiya işləri, kontrabanda, vergilər, din, internet, resursların bölüşdürülməsi kimi mövzularla tanış olmaqda maraqlı olan və cəmiyyətin inkişafı və ümumiyyətlə gələcək haqqında düşünən və tütünlə mübarizə sahəsində fəaliyyət göstərən hər bir şəxs üçün nəzərdə tutulan vəsaiti nəzərdən keçirdirdikdən sonra iştirakçılar öz rəy və fikirlərini bildirdilər.

Tütün dünya əhalisinin qarşısı alına bilinən əsas ölüm səbəblərindən biri olduğunu qeyd edən Azərbaycan Səhiyyə Kommunikasiyası Assosiasiyasının rəhbəri Nurlan Əliyev tütünə nəzarətlə bağlı bütün məqamların açıqlandığı və Azərbaycan dilində hazırlanmış ilk vəsait olan bu nəşrin tütünə qarşı mübarizə sahəsində çox mühüm addım olduğunu vurğuladı.

Görüşün sonunda 31 may Ümumdünya Tütünsüz Günü ilə əlaqədar keçiriləcək tədbirlər müzakirə olundu və təkliflər dinlənildi.

Tədbirdə İqtisadi İnkişaf Nazirliyi, Təhsil Nazirliyi, Sağlam Düşüncə İctimai Birliyi, Ombudsman Aparatı, Reproduktiv Sağlamlıq və Ailə planlaşdırılması layihəsi, Sağlamlığa çağırış Alyansı, Ümumdünya Səhiyyə Təşkilatı, Azərbaycan Səhiyyə Kommunikasiyası Assosiasiyası, İSİM-in əməkdaşları iştirak etdilər.