• 2 nömrəli Bakı Baza Tibb Kollecinin tələbələri tütünün təhlükələri barədə maarifləndirildilər
  • Ümumdünya Tütünsüz Günü ərəfəsində "Elektron Hökumət Təlim-Tədris Mərkəzində tütünə qarşı mübarizə ilə bağlı tədbir keçirildi
  • İSİM-in nümayəndələri Türkiyədə "Ağ ciyər və süd vəzi xərçəngləri" mövzusuna həsr olunmuş tədbirdə iştirak ediblər
  • Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü İSİM-də qeyd olundu
  • Şagirdlər ətraf mühitin insan sağlamlığına təsiri barədə maarifləndirildilər
  • İncəsənət Kollecinin tələbələrinə reproduktiv sağlamlıq və erkən nikahların fəsadları barədə məlumat verildi
  • İSİM işə qəbul elan edir. Vakansiyalarla burada tanış ola bilərsiniz!

XƏBƏRLƏR bütün xəbərlər

30 NOYABR 2007

Bakı Slavyan Universitetində «1 dekabr QİÇS-lə Beynəlxalq Mübarizə Günü»nə həsr olunmuş görüş keçirilib.

30 noyabr, 2007-ci il tarixdə Bakı Slavyan Universitetində «1 dekabr QİÇS-lə Beynəlxalq Mübarizə Günü»nə həsr olunmuş görüş keçirildi.

İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) təşkilatçılığı ilə keçirilən görüşdə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin və «Beynəlxalq Tibb Korpusu»nun (IMC) nümayəndələri iştirak etdilər. Görüşdə Respublika QİÇS-lə Mübarizə Mərkəzindən Səbinə Babazadə, İSİM-dən Yeganə Vəliyeva, İradə Cəfərova, Aidə Bağırova və başqaları mövzu ilə bağlı çıxış etdilər. Tədbirdə QİÇS-in Azərbaycanda mövcud durumu, HIV virusdan qorunmanın əsas həlli yolları haqqında tələbələrlə müzakirələr keçirildi. Bununla yanaşı, «Beynəlxalq Tibb Korpusu»nun QİÇS-lə bağlı təqdim etdiyi 2 klip nümayiş etdirildi.

Tədbirdə, həmçinin, QİÇS-ə yoluxmanın qarşısının alınması məqsədi ilə tələbələrin maarifləndirməsi üçün kitabçalar və bukletlər paylanılıb. Hazırlanmış buklet və kitabçalar Qlobal Fondun QİÇS, Vərəm və Malyariya ilə Mübarizə Proqramının maliyyə dəstəyi ilə çap olunub.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əsas məqsədi respublikada ictimai səhiyyə xidmətlərinin təşkili, səhiyyə ilə bağlı layihələrin işlənib hazırlanması, islahatların tibb müəssisələrində tənzimlənməsi, idarəetmə sisteminin təkmilləşdirilməsi, həmçinin, səhiyyənin maliyyələşdirilməsi sahəsində islahatların aparılmasının metodik əsaslandırılmasını həyata keçirməkdir.

Daha ətraflı məlumat üçün İSİM-in PR şöbəsi ilə əlaqə saxlaya bilərsiniz:

Ünvan: Bakı şəhəri, Həsən Bəy Zərdabi küç, 96

Tel:  (012) 431-61-39, 431-60-88

Fax: (012) 430-52-85

Email: [email protected]