İctimai Səhiyyə və İslahatlar Mərkəzi Ramazan bayramı münasibəti kimsəsiz və əqli qüsurlu uşaqlar üçün bayram hədiyyələri paylayıb. | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu

XƏBƏRLƏR bütün xəbərlər

24 OKTYABR 2007

İctimai Səhiyyə və İslahatlar Mərkəzi Ramazan bayramı münasibəti kimsəsiz və əqli qüsurlu uşaqlar üçün bayram hədiyyələri paylayıb.

12 oktyabr 2007-ci il tarixdə İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) Ramazan bayramı münasibəti ilə Bakı şəhərində yerləşən 1 və 7 nömrəli uşaq evlərində yaşayan kimsəsiz və əqli qüsurlu uşaqlar üçün bayram hədiyyələri paylayıb.

«Qafqaz Media» İctimai Birliyinin təşkilatçılığı keçirilən tədbirdə İctimai Səhiyyə və İslahatlar Mərkəzi bu tədbirə dəstək vermək qismində qatılıb. Belə ki, həmin tədbirdə İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən 200-ə yaxın kimsəsiz və əlil uşaqlara bayram hədiyyələri paylanıb.

Tədbirdə İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkimi Yeganə Vəliyeva və Qafqaz «Qafqaz Media» İctimai Birliyinin rəhbəri Hacı Əzadə xanım çıxış edərək bu cür tədbirlərin ən-ənəvi olaraq hər il keçiriləcəyini bildirib.

Tədbirin sonunda hər iki təşkilatın nümayəndələri tərəfindən kimsəsiz və əqli qüsurlu uşaqlar üçün nəzərdə tutulmuş bayram hədiyyələri paylanıb.

Qeyd edə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əsas məqsədi respublikada ictimai səhiyyə xidmətlərinin təşkili, səhiyyə ilə bağlı layihələrin işlənib hazırlanması, islahatların tibb müəssisələrində tənzimlənməsi, idarəetmə sisteminin təkmilləşdirilməsi, həmçinin, səhiyyənin maliyyələşdirilməsi sahəsində islahatların aparılmasının metodik əsaslandırılmasını həyata keçirməkdir.