10 FEVRAL 2026
“İnsult zamanı idarəetmə” mövzusunda təlimlər keçirilib
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin həkimləri üçün yanvar və fevral aylarında “İnsult zamanı idarəetmə” mövzusunda təlimlər təşkil olunub. Təlimlər tibb müəssisələrinin heyəti üçün bilik və bacarıqların artırılması məqsədini daşıyır və “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda Səhiyyə Nazirliyinin icraçısı olduğu bəndlər üzrə Tədbirlər Planı”nın 3.3.5.3-ci fəaliyyət istiqamətinin icrası çərçivəsində keçirilib. Təlimlər Səhiyyə Nazirliyinin İnsult Layihəsinin rəhbəri, nevroloq Pərvin Allahyarova tərəfindən aparılıb. İştirakçılara insult xəstələrinin idarə olunmasınınn ümumi prinsipləri, işemik və hemorragik insultların müalicəsi üzrə təlimatlar, çoxprofilli insult komandasında təcili tibbi yardım xidmətinin həkiminin rolu üzrə faydalı və ətraflı məlumat verilib. Səhiyyə Nazirliyi tərəfindən Davamlı Tibbi Təhsil üzrə 5 DDT kredit ilə akkreditasiya olunmuş təlimlərin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.









