22 MAY 2026
“Sağlam ətraf mühit – sağlam gələcək” mövzusunda tədbirlər keçirilib
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) Bakı şəhəri üzrə 14, 53, 159, 177 və 242 nömrəli məktəblərdə şagirdlər üçün “Sağlam ətraf mühit – sağlam gələcək” mövzusunda maarifləndirici tədbirlər təşkil olunub. Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən tədbirdə şagirdlərə ətraf mühitin sağlamlığa təsiri barədə məlumat verilib. İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin əməkdaşı Elnarə İsmayılova geniş təqdimatla çıxış edərək bildirib ki, tullantıların azaldılması və təkrar emalı vasitəsilə ətraf mühiti çirklənmədən qorumaq, insan sağlamlığına zərər vuran mənfi təsirlərin qarşısını almaq olar. Tədbir çərçivəsində plastik tullantılardan ibarət sərgidə iştirak edən şagirdlərə mükafatlar verilib. Yekunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və onlara maarifləndirici materiallar təqdim edilib.









