Daxili İşlər Nazirliyinin Polis Akademiyasında maarifləndirici tədbir keçirilib | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Şirvan şəhərində 14 İyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş tədbir və qanvermə aksiyası keçirilib
  • Xətai rayonu 2 saylı uşaq poliklinikasında Ümumdünya İmmunlaşdırma Həftəsi çərçivəsində tədbirlər təşkil olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş sərgi və tədbir keçirilib
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib

XƏBƏRLƏR bütün xəbərlər

22 MAY 2026

Daxili İşlər Nazirliyinin Polis Akademiyasında maarifləndirici tədbir keçirilib

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasının rəhbərliyi, müəllim-zabit heyəti və kursantlarının iştirakı ilə “Sağlamlıq sahəsində prioritetlər və strategiyalar, sağlamlıq hüquqları və zərərli vərdişlərlə mübarizə” mövzusunda tədbir təşkil olunub. Polis Akademiyasının Şəxsi heyətlə iş üzrə şöbəsinin psixoloqu Azər Hüseynov ölkəmizdə gənclərin sağlam ruhda böyüməsi və hərtərəfli inkişafının dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu vurğulayıb. Akademiyanın Tibb hissəsinin həkim-terapevti, polis kapitanı Əlisəfa Vəlizadə bildirib ki, gənclərin fiziki və psixoloji sağlamlığının qorunması, keyfiyyətli təhsil alması və mənəvi tərbiyəsinin düzgün istiqamətdə formalaşdırılması gələcəyin savadlı və peşəkar kadrlarının yetişdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Tədbirdə İSİM-in İctimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev və baş hüquq məsləhətçisi Rüstəm Məmmədov geniş təqdimatla çıxış ediblər. Çıxışlarda ənənəvi risk faktorları ilə yanaşı, müasir dövrdə sağlamlığa ciddi təsir göstərən digər təhlükələrin də nəzərdən keçirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyi bildirilib. Mövzu ətrafında fikir mübadiləsi aparılıb və beynəlxalq təcrübə müzakirə edilib. Yekunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və onlara İSİM tərəfindən hazırlanan maarifləndirici materiallar təqdim olunub.
 
Şəkil