Beynəlxalq Talassemiya Gününə həsr olunmuş ictimai maarifləndirmə tədbiri keçirilib | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Şirvan şəhərində 14 İyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş tədbir və qanvermə aksiyası keçirilib
  • Xətai rayonu 2 saylı uşaq poliklinikasında Ümumdünya İmmunlaşdırma Həftəsi çərçivəsində tədbirlər təşkil olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş sərgi və tədbir keçirilib
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib

XƏBƏRLƏR bütün xəbərlər

8 MAY 2026

Beynəlxalq Talassemiya Gününə həsr olunmuş ictimai maarifləndirmə tədbiri keçirilib

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) 8 May – Beynəlxalq Talassemiya Gününə həsr olunmuş ictimai maarifləndirmə tədbiri təşkil edilib. Tədbirin əsas məqsədi talassemiya ilə mübarizədə ictimaiyyətin məlumatlılıq səviyyəsini artırmaq, donorluq mədəniyyətini təşviq etmək və bu sahədə beynəlxalq təcrübəni bölüşmək olub. Tədbiri giriş sözü ilə açan İSİM-in baş direktoru Səbinə Babazadə irsi xəstəliklərlə, o cümlədən talassemiya ilə mübarizənin Azərbaycanda dövlət səhiyyə siyasətinin daim diqqətdə saxladığı əsas istiqamətlərdən biri olduğunu vurğulayıb. O bildirib ki, ölkəmizdə uğurla həyata keçirilən milli proqramlar və nikahdan əvvəl icbari müayinələr bu xəstəliyin yayılmasının qarşısının alınmasında mühüm rol oynayır. Milli Məclisin deputatı, Səhiyyə komitəsinin üzvü Pərvanə Vəliyeva çıxış edərək talassemiya xəstəliyindən əziyyət çəkən şəxslərin hüquqi bazasının təkmilləşdirilməsi və onlara göstərilən dövlət qayğısının qanunvericilik aspektlərinə toxunub. O, ictimai maarifləndirmənin xəstəliyin profilaktikasında əvəzsiz vasitə olduğunu diqqətə çatdırıb. Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Talassemiya bölməsinin baş həkimi Səhər İsmayılova xəstəliyin müasir müalicə üsulları və mərkəzdə pasiyentlər üçün yaradılan şərait barədə ətraflı məlumat verib. Qan Donorları Assosiasiyasının sədri Fuad Əsgərov isə çıxışında qan donorluğunun həyati əhəmiyyətini vurğulayaraq, cəmiyyəti bu xeyirxah aksiyalarda daha fəal iştirak etməyə səsləyib. Respublika Qan Bankının icraçı direktorunun müavini Afət Zeynalova ölkədə qan ehtiyatının formalaşdırılması və bankın fəaliyyət prinsipləri barədə danışıb. Azərbaycan Talassemiya Federasiyasının İdarə Heyətinin üzvü Şahanə Hacıyeva federasiyanın xəstələr və onların ailələri ilə apardığı sosial işlərdən, vətəndaş cəmiyyəti institutlarının bu prosesdəki rolundan söz açıb. Tədbirdə qonaq qismində iştirak edən Rumıniya Qan Donorları Assosiasiyasının sədri, “Donorium” sisteminin müəllifi Dragos Mutascu rəqəmsal texnologiyaların qan donorluğu sahəsində tətbiqi ilə bağlı beynəlxalq təcrübəni iştirakçıların diqqətinə çatdırıb. Tanınmış jurnalist və yazıçı Orhan Çinar isə mövzuya humanist prizmadan yanaşaraq, medianın talassemiya ilə mübarizədəki maarifləndirici funksiyasının önəmini vurğulayıb. Sonda mövzu ətrafında geniş ictimai müzakirələr aparılıb, iştirakçıların sualları mütəxəssislər tərəfindən cavablandırılıb. Yekunda iştirakçılara İSİM tərəfindən hazırlanmış maarifləndirici materiallar təqdim olunub.
 
Şəkil