9 MAY 2026
Bakı Avrasiya Kollecində maarifləndirici təlim keçirilib
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Bakı Avrasiya Kollecinin müəllim və tələbə heyəti üçün sağlamlıq hüquqları və zərərli vərdişlərin profilaktikası mövzularında tədbir təşkil olunub. Tədbirdə İSİM-in İctimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev və baş hüquq məsləhətçisi Rüstəm Məmmədov geniş təqdimatla çıxış ediblər. Çıxışlarda ənənəvi risk faktorları ilə yanaşı, müasir dövrdə sağlamlığa təsir edən digər amillər barədə də ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, reallaşdırılan bütün ictimai sağlamlıq təşəbbüslərinin məqsədi ölkədə dayanıqlı sosial-iqtisadi artıma nail olmaq, əhalinin ümumi rifahını yüksəltmək və daha sağlam gələcək formalaşdırmaqdır. Tədbir zamanı mövzu ətrafında fikir mübadiləsi aparılıb və beynəlxalq təcrübə müzakirə edilib. Yekunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, onlara İSİM tərəfindən hazırlanmış maarifləndirici çap materialları təqdim olunub.









