Təhsil işçiləri üçün sağlam həyat tərzi və sağlam qidalanmaya dair təlimlər təşkil olunub | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Şirvan şəhərində 14 İyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş tədbir və qanvermə aksiyası keçirilib
  • Xətai rayonu 2 saylı uşaq poliklinikasında Ümumdünya İmmunlaşdırma Həftəsi çərçivəsində tədbirlər təşkil olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş sərgi və tədbir keçirilib
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib

XƏBƏRLƏR bütün xəbərlər

1 MAY 2026

Təhsil işçiləri üçün sağlam həyat tərzi və sağlam qidalanmaya dair təlimlər təşkil olunub

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Bakı şəhəri 222 və 279 nömrəli tam orta məktəblərdə pedaqoji heyət üçün sağlam həyat tərzi və sağlam qidalanma üzrə maarifləndirici təlimlər keçirilib. Təlimlərin məqsədi qeyri-infeksion xəstəliklərin əsas risk amilləri, zərərli vərdişlərin mənfi təsirləri və sağlam qidalanma barədə məlumatlılığın artırılması olub. İSİM-in Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva geniş təqdimatla çıxış edərək, qeyri-sağlam qidalanmanın fiziki fəaliyyət və təhsil göstəricilərinə mənfi təsirləri, gənc nəsildə sağlam davranış modellərinin erkən yaş dövründən formalaşdırılmasının əhəmiyyəti barədə ətraflı məlumat verib. Uşaqların düzgün istiqamətləndirilməsində təhsil işçilərinin müstəsna roluna dair sübutlu mənbələrə əsaslanan tövsiyələri diqqətə çatdırıb. O, İSİM tərəfindən müəllimlər, şagirdlər və valideynlər üçün hazırlanaraq istifadəyə verilən “Sağlam uşaq” portalı və mobil tətbiqi barədə iştirakçıları məlumatlandıraraq, portalda sağlamlığın qorunması, sağlam həyat tərzi, sağlam qidalanmaya dair müxtəlif çeşiddə məlumatların yer aldığını bildirib. Eyni zamanda İSİM tərəfindən uşaqlar, müəllimlər və valideynlər üçün hazırlanaraq nəşr edilən “Məktəblinin sağlamlığı” kitabları, eləcə də digər vəsaitlər təhsil işçilərinə təqdim olunub Diskusiya formatında keçirilən seminarlarda müəllimlərin sualları cavablandırılıb, təhsil mühitində sağlam həyat tərzinin təşviqi və şagirdlərə sağlam davranış modellərinin aşılanması istiqamətində innovativ metodikaların tətbiqi, məlumatlardan sübutlu mənbələrə istinadən istifadənin zəruriliyi vurğulanıb.
Sonda təhsil müəssisələrinə İSİM tərəfindən hazırlanaraq nəşr edilən geniş çeşiddə maarifləndirmə materialları təqdim olunub.
 
Şəkil