Xətai rayonu 2 saylı uşaq poliklinikasında Ümumdünya İmmunlaşdırma Həftəsi çərçivəsində tədbirlər təşkil olunub | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Şirvan şəhərində 14 İyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş tədbir və qanvermə aksiyası keçirilib
  • Xətai rayonu 2 saylı uşaq poliklinikasında Ümumdünya İmmunlaşdırma Həftəsi çərçivəsində tədbirlər təşkil olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş sərgi və tədbir keçirilib
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib

XƏBƏRLƏR bütün xəbərlər

1 MAY 2026

Xətai rayonu 2 saylı uşaq poliklinikasında Ümumdünya İmmunlaşdırma Həftəsi çərçivəsində tədbirlər təşkil olunub

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı Ölkə Ofisi ilə əməkdaşlıqla 24-30 aprel Ümumdünya İmmunlaşdırma Həftəsi çərçivəsində silsilə tədbirləri davam etdirir. Növbəti tədbirlər Xətai rayonu 2 saylı uşaq poliklinikasında təşkil olunub və vaksinasiyanın əhəmiyyəti ilə bağlı valideynlər üçün maarifləndirmə sessiyaları keçirilib. Xətai rayonu 2 saylı uşaq poliklinikasının baş həkimi Sevda Rüstəmova, İSİM-in Monitorinq və təhlil şöbəsinin müdiri İnara Makayeva, müdir müavini Zümrüd Kazımova çıxış edərək bildiriblər ki, əhali arasında aparılan maarifləndirilmənin məqsədi peyvənddən kənarda qalan, peyvəndin vaxtını gecikdirən uşaqların vaksinasiyaya cəlb olunmasıdır. Vurğulanıb ki, onilliklər ərzində peyvəndlər insanları, ailələri və icmaları təhlükəsiz şəkildə qoruyub və bu gün də gələcəyimizi qorumaqda davam edir. Dünya ölkələrində bulki maarifləndirmə kampaniyasının “Hər nəsil üçün peyvəndlər effektivdir” şüarı ilə keçirildiyi və peyvəndlərin həyatın bütün dövrlərini əhatə edən faydaları diqqətə çatdırılıb. Peyvənd otağında valideynlərə nümunəvi davranışları üçün, övladlarının sağlamlığını vaxtlı-vaxtında peyvəndlərlə möhkəmləndirdiyinə görə sertifikatlar təqdim olunub. Peyvənd olunan uşaqlara rəmzi hədiyyələr və geniş çeşiddə maarifləndirmə materialları paylanılıb.
 
Şəkil