0 0
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Bakı şəhəri 14, 20, 42, 83, 102, 158, 189-190, 212, 242 nömrəli orta məktəblərdə və Akademik Zərifə Əliyeva liseydə “Reproduktiv sağlamlıq” mövzusunda maarifləndirici tədbirlər keçirilib. Təhsil Nazirliyinin dəstəyi ilə təşkil edilən tədbirdə şagirdlərə sağlamlığln qorunması, gigiyena qaydalarına riayət olunması ilə bağlı ətraflı məlumat verilib. İSİM-in Monitorinq və təhlil şöbəsinin müdir müavini Zümrüd Kazımova, həkim-metodisti Teymur Ağazadə geniş təqdimatla çıxış ediblər. Oğlan və qız şagirdlərlə ayrılıqda görüşən ekspertlər onları erkən yaşlardan başlayaraq sağlamlığa məsuliyyətlə yanaşmağa çağırıb. Məktəblilərə reproduktiv sağlamlığın qorunması, fərdi ggiyena qaydaları izah edilib, sağlam həyat tərzi seçmək, sağlam qidalanmaq tövsiyə olunub. Yekunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və onlara İSİM tərəfindən hazırlanaraq çap edilən maarifləndirici materiallar təqdim olunub.









