Kürdəxanı Sağlamlıq Mərkəzində 24-30 aprel Ümumdünya İmmunlaşdırma Həftəsi çərçivəsində tədbirlər keçirilib | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Şirvan şəhərində 14 İyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş tədbir və qanvermə aksiyası keçirilib
  • Xətai rayonu 2 saylı uşaq poliklinikasında Ümumdünya İmmunlaşdırma Həftəsi çərçivəsində tədbirlər təşkil olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş sərgi və tədbir keçirilib
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib

XƏBƏRLƏR bütün xəbərlər

1 MAY 2026

Kürdəxanı Sağlamlıq Mərkəzində 24-30 aprel Ümumdünya İmmunlaşdırma Həftəsi çərçivəsində tədbirlər keçirilib

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Kürdəxanı Sağlamlıq Mərkəzində 24-30 aprel Ümumdünya İmmunlaşdırma Həftəsi çərçivəsində tibb işçiləri və valideynlər üçün maarifləndirici tədbirlər təşkil olunub. Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Ofisi ilə əməkdaşlıqla keçirilən tədbirlərdə immunlaşdırmanın əhəmiyyətli rolu diqqətə çatdırılıb. İSİM-in direktoru Səbinə Babazadə çıxış edərək, ölkəmizdə uşaqların yoluxucu xəstəliklərdən qorunması üçün dövlət tərəfindən bütün lazımi profilaktik tədbirlərin görüldüyünü və peyvəndlərin keyfiyyətli şəkildə təmin edildiyini vurğulayıb. O, valideynləri övladlarının sağlam gələcəyi naminə onları peyvənd təqviminə uyğun olaraq vaxtında həkim müayinəsindən keçirməyə və peyvəndlənmə prosesində aktiv iştirak etməyə çağırıb. Kürdaxanı Sağlamlıq Mərkəzinin baş həkimi Əhmədova, İSİM-in Monitorinq və təhlil şöbəsinin müdiri İnara Makayeva, müdir müavini Zümrüd Kazımova çıxış edərək, peyvəndin immuniteti necə gücləndirdiyi, xəstəliklərin qarşısının alınmasındakı rolu və qeyd olunan sahədəki yeniliklər barədə ətraflı məlumat veriblər. Peyvənd otağında valideynlərə nümunəvi davranışları üçün, övladlarının sağlamlığını vaxtlı-vaxtında peyvəndlərlə möhkəmləndirdiyinə görə sertifikatlar təqdim olunub. Peyvənd olunan uşaqlara İSİM tərəfindən rəmzi hədiyyələr və geniş çeşiddə maarifləndirmə materialları paylanılıb.
 
Şəkil