Şagirdlərə gigiyena qaydaları ilə bağlı ətraflı məlumat verilib | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Şirvan şəhərində 14 İyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş tədbir və qanvermə aksiyası keçirilib
  • Xətai rayonu 2 saylı uşaq poliklinikasında Ümumdünya İmmunlaşdırma Həftəsi çərçivəsində tədbirlər təşkil olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş sərgi və tədbir keçirilib
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib

XƏBƏRLƏR bütün xəbərlər

24 APREL 2026

Şagirdlərə gigiyena qaydaları ilə bağlı ətraflı məlumat verilib

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Bakı şəhəri üzrə T.İsmayılov adına 6 saylı məktəb-lisey, 14, 20, 49, 102, 136, 199, 202 və 212 nömrəli məktəblərdə şagirdlər üçün “Gigiyena qaydaları” mövzusunda maarifləndirici tədbirlər təşkil olunub. Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən tədbirlərdə şagirdlərə sağlamlığın qorunması ilə bağlı ətraflı məlumat verilib. İSİM-in Təlim resurs şöbəsinin meneceri Türkan Məmmədova və Monitorinq və təhlil şöbəsinin meneceri Nigar Abdullayeva geniş təqdimatla çıxış ediblər. Şagirdlərə gigiyena qaydalarına riayət etməyin vacibliyi izah olunub. Şəxsi təmizliyin yoluxucu xəstəliklərdən qorunmaqdakı əsas rolu vurğulanıb, əllərin düzgün yuyulma qaydaları əyani şəkildə nümayiş etdirilib. Həmçinin şagirdlərə gündəlik rejimdə təmizliyə riayət etməyin təkcə sağlamlıq deyil, həm də yüksək əhval-ruhiyyə üçün zəruri olduğu bildirilib Yekunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və onlara İSİM tərəfindən hazırlanaraq çap edilən maarifləndirici materiallar təqdim olunub.
 
Şəkil