3 APREL 2026
Məktəblilər arasında psixi sağlamlıq səviyyəsinin qiymətləndirilməsinə dair sorğu keçirilib
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) təşəbbüsü ilə Bakı şəhərində məktəblilər arasında psixi sağlamlıq səviyyəsinin qiymətləndirilməsi məqsədilə sorğu keçirilib. Sorğuya bu ilin mart ayında start verilib və ilkin mərhələdə artıq 11 məktəbdə aparılıb.
Şagirdlərin emosional vəziyyəti, stres səviyyəsi, sosial münasibətləri və ümumi psixoloji rifahının müəyyənləşdirilməsi məqsədilə aparılan sorğuya ümumilkə 1200 şagirdin cəlb olunması nəzərdə tutulub.
Tədqiqat prosesi çərçivəsində əldə edilən nəticələr əsasında məktəblərdə müvafiq maarifləndirici tədbirlərin, məktəb psixoloqlarının fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə xüsusi təlimlərin keçirilməsi planlaşdırılıb.









