20 APREL 2026
Şagirdlər arasında “Yol hərəkət qaydaları” mövzusunda maarifləndirmə aparılıb
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Bakı şəhəri üzrə 20 məktəbdə (19, 82, 83, 132-134, 139, 157, 158, 181, 195, 216, 252, 253, 276, 285, 298, 305, 311, 316, 322, 334 nömrəli orta məktəblər) “Yol hərəkət qaydaları” mövzusunda maarifləndirici görüş keçirilib. Təhsil Nazirliyinin dəstəyi ilə təşkil olunan tədbirdə ibtidai sinif şafirlərinə yol nişanlarının mənası, nizamlanmayan piyada keçidlərindən istifadə qaydaları və işıqforun rənglərinə riayət etməyin vacibliyi izah olunub.
İSİM-in əməkdaşları Elnarə İsmayılova və Nuranə Vəliyeva geniş təqdimatla çııxş edərək, şagirdlərə yolda diqqətli olmağı tövsiyə ediblər. İştirakçılara nəqliyyat vasitələrinin hərəkət istiqamətini düzgün qiymətləndirməyi və qəzalardan qorunmağın yolları barədə geniş məlumat verilib. Yekunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və onlara İSİM tərəfindən hazırlanaraq çap edilən maarifləndirici materiallar təqdim olunub.









