İSİM-də “Sağlam yaşlanma” Təşəbbüs Qrupunun görüşü keçirilib | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Şirvan şəhərində 14 İyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş tədbir və qanvermə aksiyası keçirilib
  • Xətai rayonu 2 saylı uşaq poliklinikasında Ümumdünya İmmunlaşdırma Həftəsi çərçivəsində tədbirlər təşkil olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş sərgi və tədbir keçirilib
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib

XƏBƏRLƏR bütün xəbərlər

12 MART 2026

İSİM-də “Sağlam yaşlanma” Təşəbbüs Qrupunun görüşü keçirilib

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Sağlam yaşlanma” Təşəbbüs Qrupunun görüşü təşkil edilib. Dəyirmi masa formatında keçirilən tədbirin məqsədi yaşlı və ahıl insanlara qayğının gücləndirilməsi, onların rifahının yaxşılaşdırılması məqsədilə müzakirələrin aparılması olub. Tədbirdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, TƏBİB, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyi, Bakı Şəhər Herontologiya Mərkəzi, Azərbaycan Tibb Universiteti, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, “Qadın İnkişaf Mərkəzi” İctimai Birliyi və digər qurumların nümayəndələri iştirak ediblər. İSİM-in direktoru Səbinə Babazadə giriş sözü ilə çıxış edərək, müasir dövrdə yaşlı insanların təkcə tibbi yardımla təmin olunması deyil, onların cəmiyyətdə aktiv rolunun davam etdirilməsinin aktual məsələ olduğunu bildirib. O, yaşlılara qayğı və sağlam qocalma yanaşmasının müxtəlif dövlət proqramlarında öz əksini tapdığını vurğulayıb.

İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Leyla Cəfərli geniş təqdimatla çıxış edib. O, İSİM tərəfindən keçirilmiş “Sağlam yaşlanma”ya dair təşkilatlararası sorğunun nəticələrini iştirakçıların diqətinə çatdırıb. Bildirib ki, “Sağlam yaşlanma” Təşəbbüs Qrupunun mövqeyi ümumilikdə cəmiyyətdə sağlam və aktiv yaşlanma mədəniyyətinin təşviqinə yönəlib. İSİM-in Təlim-resurs şöbəsinin müdir müavini Pərvin Quliyeva “Aktiv və sağlam yaşlanma modelinin yaradılması strategiyası. Nəzərə alınacaq məlumatlar və təkliflər” mövzusunda geniş təqdimatla çıxış edərək, dünya təcrübəsində sağlam yaşlanma üzrə uğurlu təcrübə və modelləri, ictimai səhiyyə sahəsində effektiv yanaşmaları diqqətə çatdırıb. Tədbirdə Azərbaycanda sağlam yaşlanma üzrə milli fəaliyyət planının təkmilləşdirilməsi və bu sahədə həyata keçirilə biləcək tədbirlərlə bağlı təkliflər dinlənilib.

Şəkil