10 MART 2026
8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr edilmiş tədbir keçirilib
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib. İSİM-in baş direktoru Səbinə Babazadə çıxış edərək mərkəzin xanım əməkdaşlarına cansağlığı, xoşbəxtlik, fəaliyyətlərində uğurlar arzulayıb. O, dövlətimiz tərəfindən qadınlara daim xüsusi diqqət və qayğı göstərildiyini, ölkəmizdə ictimai həyatın bütün sahələrində, milli-mənəvi dəyərlərimizin formalaşmasında qadınların rolunun ildən-ilə daha da artığını vurğulayıb. İSİM-in direktor müavini Rahib Məmmədov qadınların gücünün, əzminin nəticəsi olan, bəşəriyyət tarixində ən əlamətdar günlərdən biri - 8 Mart Beynəlxalq Qadınlar Gününün hər il müxtəlif dünya dövlətlərində, eləcə də respublikamızda təntənəli şəkildə qeyd olunduğunu bildirib. İSİM-in əməkdaşı, İkinci Qarabağ müharibəsi veteranı Vahab Nəhmətov çıxış edərək, ölkəmizə əmin-amanlıq, xanımlara xoşbəxtlik arzulayıb. O bildirib ki, 44 günlük Vətən müharibəsi boyunca cəbhədə qəhrəmanlıq və şücaət göstərənlər təkcə hərbi qulluqçular deyil, həm də fədakarlıqla xidmət edən xanım kiçik tibb işçiləri olub.
İSİM-in Həmkarlar Komutəsinin sədri Zümrüd Kazımova xanım əməkdaşlara xoş arzularını çatdıraraq, gələcək fəaliyyətlərində uğurlar diləyib. Ülu Öndər Heydər Əliyevin 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş təntənəli mərasimdə nitqi və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezidenti Mehriban Əliyevanın Azərbaycan qadınlarının cəmiyyətdəki rolu barədə çıxışlarından ibarət qısametrajlı videomaterial nümayiş olunub, qadınlara ən xoş arzular ifadə edilib.









