5 MART 2026
Şagirdlər ilk yardımın göstərilməsi üzrə təlimdə iştirak ediblər
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Akademik Zərifə Əliyeva adına liseyin 9-cu sinif şagirdəri üçün təlim təşkil olunub. İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdir müavini Ülkər Camalova təlim zamanı iştirakçılara ürək-ağciyər reanimasiyası, yaralar, qanaxma, yanıqlar, zəhərlənmə, sınıq, epilepsiya zamanı ilk yardım qaydaları haqqında nəzəri və praktiki məlumatlar verib.
Təlimin məqsədi şagirdlərin fövqəladə hallar zamanı düzgün və operativ davranış qaydaları barədə məlumatlılığını artırmaq, ilkin tibbi yardım bacarıqlarını formalaşdırmaq olub. Şagirdlər praktiki məşğələlərdə aktiv iştirak edərək ilk yardım üsulları barədə bilik və bacarıq qazanıblar. Yekunda iştirakçılara İSİM tərəfindən hazırlanaraq çap edilən maarifləndirici materiallar təqdim olunub.









