5 MART 2026
Akademik Zərifə Əliyeva adına liseydə maarifləndirici tədbir keçirilib
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Akademik Zərifə Əliyeva adına liseydə “Zərərli vərdişlərə yox deyəkl!” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirin məqsədi şagirdlər arasında sağlam həyat tərzinin təşviqi, zərərli vərdişlərin (siqaret, elektron siqaret, enerji içkiləri, alkoqol və digər riskli davranışlar) sağlamlığa mənfi təsirləri barədə məlumatlılığın artırılması olub.
İSİM-in Təlim-resurs şöbəsinin müdir müavini Pərvin Quliyeva iştirakçılara zərərli vərdişlərin ağır fəsadları barədə ətraflı məlumat verib, erkən yaşda formalaşan sağlam həyat tərzi vərdişlərinin sağlamlıq üçün əhəmiyyətli rolunu vurğulaylıb. Tədbir interaktiv müzakirə formatında təşkil olunub, şagirdlərin sualları cavablandırılıb və onlara İSİM tərəfindən hazırlanaraq çap edilən maarifləndirici materiallar təqdim olunub.









