25 FEVRAL 2026
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Azərbaycan Pediatriya Cəmiyyəti arasında Memorandum imzalanıb
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) ilə “Azərbaycan Pediatriya Cəmiyyəti” İctimai Birliyi (APCİB) arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Sənəd İSİM və APCİB arasında ikitərəfli əməkdaşlığın çərçivələrini müəyyən edir.
Memorandum İSİM-in baş direktoru Səbinə Babazadə və APCİB-in sədri Əli Quliyev tərəfindən imzalanıb. Bu əməkdaşlıq Azərbaycanda körpə və uşaq sağlamlığının inkişafı, pediatriyanın tərəqqisi istiqamətində birgə fəaliyyəti əhatə edir.
Əməkdaşlıq çərçivəsində sağlam həyat tərzinin təşviqi, sanitar-maarifləndirmə, fiziki aktivliyin təbliği və s. fəaliyyətlər nəzərdə tutulur. Həmçinin, dövlət proqramları və milli fəaliyyət planlarından irəli gələn, uşaqların sağlamlıq göstəricilərinin yaxşılaşdırılmasına yönəlmiş tədbirlərin icrası əməkdaşlığın prioritet istiqamətlərini təşkil edir.









