İnsult üzrə multidissiplinar elmi-praktik konfrans keçirilib | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Şirvan şəhərində 14 İyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş tədbir və qanvermə aksiyası keçirilib
  • Xətai rayonu 2 saylı uşaq poliklinikasında Ümumdünya İmmunlaşdırma Həftəsi çərçivəsində tədbirlər təşkil olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş sərgi və tədbir keçirilib
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib

XƏBƏRLƏR bütün xəbərlər

9 FEVRAL 2026

İnsult üzrə multidissiplinar elmi-praktik konfrans keçirilib

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İnsult Xidməti Pilot Layihəsi və Almaniya–Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyəti ilə elmi əməkdaşlıq çərçivəsində Bakıda beynəlxalq elmi-praktik konfrans keçirilib. Səhiyyə Nazirliyinin Bakı Sağlamlıq Mərkəzi və İctimai Səhiyyə və İslahatlar Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan konfrans insult üzrə müasir tibbi xidmətlərin yaradılması və bu sahədə həyatqurtarıcı yüksəktexnoloji müdaxilələrin inkişafına həsr edilib.
 
Beynəlxalq tədbirdə Almaniyanın müxtəlif şəhərlərində fəaliyyət göstərən aparıcı klinikaların rəhbərləri, insult və neyroradiologiya üzrə tanınmış mütəxəssislər iştirak ediblər. Qonaqlar arasında Almaniya–Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universitetinin Tibb fakültəsinin üzvü, “GFO Kliniken Troisdorf”un klinika rəhbəri professor Nuran Abdullayev, Münxen Klinikasında direktor vəzifəsində çalışan professor Anastasios Mpotsaris, Aşaffenburq şəhərində klinika rəhbəri olan Volker Maus, eləcə də Almaniyada fəaliyyət göstərən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məsləhətçisi, insult üzrə beynəlxalq ekspert, Essen Universitetinin professoru Zaza Katsarava yer alıblar.
 
Bakı Sağlamlıq Mərkəzinin İcraçı direktoru Asiman Həsənov, Səhiyyə Nazirliyinin İnsult Layihəsinin rəhbəri, Bakı Sağlamlıq Mərkəzinin İnsult Bölümünün rəhbəri Pərvin Allahyarova və ölkəmizin aparıcı tibb müəssisələrinin rəhbərləri, yerli və beynəlxalq ekspertlər konfransda çıxış ediblər. İnsult mərkəzlərinin təşkili, kəskin işemik insult zamanı mexaniki trombektomiya, pasiyent seçimi, süni intellektin diaqnostik proseslərdə rolu və multidisiplinar yanaşmalar və digər mövzular ətrafında müzakirələr aparılıb.