Səhiyyə Nazirliyinin nümayəndələri Ankara şəhərində keçirilən intensiv tütün tərgitmə müdaxilələri üzrə təlimçilərin subregional seminarında iştirak ediblər | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Şirvan şəhərində 14 İyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş tədbir və qanvermə aksiyası keçirilib
  • Xətai rayonu 2 saylı uşaq poliklinikasında Ümumdünya İmmunlaşdırma Həftəsi çərçivəsində tədbirlər təşkil olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş sərgi və tədbir keçirilib
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib

XƏBƏRLƏR bütün xəbərlər

11 DEKABR 2025

Səhiyyə Nazirliyinin nümayəndələri Ankara şəhərində keçirilən intensiv tütün tərgitmə müdaxilələri üzrə təlimçilərin subregional seminarında iştirak ediblər

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Ofisi, ÜST-nin Türkiyə Ofisi və Türkiyə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə Baş İdarəsi ilə əməkdaşlıq çərçivəsində 9-11 dekabr 2025-ci ildə Ankara şəhərində intensiv tütündən imtina müdaxilələri üzrə subregional təlimçilərin seminarı təşkil olunub. Seminar ölkələrin intensiv tütündən imtina müdaxilələrinin həyata keçirilməsi üzrə institusional və insan resursları potensialının gücləndirilməsi məqsədi ilə keçirilib. Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Tacikistan və digər ölkələrin nümayəndələr tədbirdə iştirak ediblər.
 
Səhiyyə Nazirliyinin İctimai səhiyyə və xəstəliklərə nəzarət şöbəsinin ictimai səhiyyə sektorunun əməkdaşı Aydan Poladova, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) baş hüquq məsləhətçisi Rüstəm Məmmədov, İSİM-in İctimai sağlamlıq şöbəsinin əməkdaşı Nərmin Azadova, ÜST Azərbaycan ofisinin ictimai səhiyyə üzrə mütəxəssisi Elturan İsmayılov seminarda iştirak ediblər.
 
Seminarda Türkiyə Respublikasının Səhiyyə Nazirliyinin, ÜST-nin Avropa Regional Bürosunun, eləcə də ÜST-nin Baş qərargahının nümayəndələrinin çıxışları olub. İştirakçılara təqdimatlar, video materiallar və digər informasiya resursları təqdim edilib, həmçinin tütündən imtina prosesinə dəstək göstərməyə yönəlmiş qrup məşğələləri keçirilib. Təlim proqramı tütün və nikotin istifadəsinə qarşı mübarizənin əsas istiqamətləri, tütün asılılığının qiymətləndirilməsi üsulları, tütünçəkməni tərgitməyə kömək edən müasir yanaşmalar və digər aktual istiqamətləri əhatə edib.
 
Tədbir iştirakçıları Ankarada fəaliyyət göstərən tütündən imtina klinikası və tütünçəkməni tərgitmək istəyənlər üçün fəaliyyət göstərən qaynar xəttin çağrı mərkəzi ilə də tanış olublar. Təlimin sonunda iştirakçılara müvafiq sertifikatlar təqdim edilib.
 
Şəkil