“Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” mövzusunda tədbirlər keçirilib | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Şirvan şəhərində 14 İyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş tədbir və qanvermə aksiyası keçirilib
  • Xətai rayonu 2 saylı uşaq poliklinikasında Ümumdünya İmmunlaşdırma Həftəsi çərçivəsində tədbirlər təşkil olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş sərgi və tədbir keçirilib
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib

XƏBƏRLƏR bütün xəbərlər

14 MART 2025

“Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” mövzusunda tədbirlər keçirilib

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı ilə Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kollecdə və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecdə “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” mövzusunda maarifləndiricitədbirlər keçirilib.
 
Tədbir gənc nəsil arasında sağlam həyat tərzinin təbliği, reproduktiv sağlamlıq davranışlarının formalaşdırılması ilə bağlı maarifləndirilmə məqsədilə təşkil olunub.
 
İSİM-in Monitorinq və təhlil şöbəsinin müdir müavini Zümrüd Kazımova geniş təqdimatla çıxış edərək, gənclərin həyatında reproduktiv sağlamlıqla bağlı yaşanan problemlərdən, ailə planlaşdırılmasının vacibliyindən, erkən nikahların fəsadlarından bəhs edib.
 
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə problemləri şöbəsinin müdir müavini Kamila Əliyeva çıxış edərək, reproduktiv sağlamlığın əsas amilləri, fərdi gigiyena qaydaları, zərərli vərdişlərin sağlamlığa mənfi təsirləri barədə ətraflı məlumat verib.
 
Tədbirlərdə həmçinin erkən nikahların fəsadları, irsi yolla ötürülən xəstəliklər barədə ətraflı məlumat verilib, nikahdan öncə aparılan tibbi müayinənin vacibliyi vurğulanıb.
Yekunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
 
Şəkil