“Tütünsüz həyat – sən özün yarat!” mövzusunda dəyirmi masa təşkil edilib | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Şirvan şəhərində 14 İyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş tədbir və qanvermə aksiyası keçirilib
  • Xətai rayonu 2 saylı uşaq poliklinikasında Ümumdünya İmmunlaşdırma Həftəsi çərçivəsində tədbirlər təşkil olunub
  • Ahıl şəxslər üçün profilaktik tibbi müayinələr təşkil olunub
  • Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş sərgi və tədbir keçirilib
  • 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
  • “Sağlam uşaq” mobil tətbiqi uşaqların sağlamlığı ilə bağlı faydalı məlumatlar əldə etməyə imkan verir
  • Ümumdünya Diabetlə Mübarizə Gününə həsr edilmiş tədbir təşkil olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) STEPS metodologiyası əsasında ölkəmizdə sorğu-tədqiqat həyata keçirilir.
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Suraxanıda “Sağlam ailə – sağlam gələcək” mövzusunda tədbir keçirilib

XƏBƏRLƏR bütün xəbərlər

30 OKTYABR 2024

“Tütünsüz həyat – sən özün yarat!” mövzusunda dəyirmi masa təşkil edilib

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə, “Tütünsüz həyat – sən özün yarat!” mövzusunda dəyirmi masa keçirilib. Yasamal Bələdiyyəsində təşkil olunan tədbirdə dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
 
Tədbir Azərbaycan Respublikasının Dövlət Himnininsəsləndirilməsi, Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan olunub.
Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova giriş sözü ilə çıxış edərək, sağlam həyat tərzinin təbliği istiqamətində aparılan maarifləndirilmənin və qurumlararası əməkdaşlığın əhəmiyyətini vurğulayıb, məktəblərdə, ali təhsil ocaqlarında, müxtəlif müəssisələrdə səmərəli görüş və müzakirələrin aparılmasının vacibliyini qeyd edib.
 
İSİM-in Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva ölkəmizdə əhalinin sağlamlığının qorunması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. O, tütünçəkməyə qarşı mübarizədə əhalinin məlumatlandırılması üçün ənənəvi və müasir kommunikasiya vasitələrindən geniş istifadə olunduğunu, ölkəmizdə tütündən imtina etmək istəyənlərə dəstək məqsədilə İSİM tərəfindən “Qaynar xətt”in fəaliyyət göstərdiyini nəzərə çatdırıb.
 
İSİM-in İctimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev geniş təqdimatla çıxış edərək, zərərli vərdişlərin qeyri-infeksion xəstəliklərin əsas risk amili olduğunu bildirib: “Tütünçəkmənin təsiri nəticəsində hər il 8 milyon insan həyatını itirir. Təəssüf ki, onların 1 milyonu passiv tütünçəkmənin qurbanlarıdır”. O, tütünlə mübarizə istiqamətində hazırlanmış tobaccocontrol.az internet səhifəsi, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatının ölkə ofisinin dəstəyi ilə hazırlanmış “Tütündən imtina et” mobil tətbiqi barədə geniş məlumat verib.
 
Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin Humanitar məsələlər üzrə qanunvericilik sektorunun baş məsləhətçisi Cahid Məmmədov çıxış edərək tütünçəkmə ilə mübarizənin Azərbaycan səhiyyəsi qarşısında duran prioritet məsələlərdən biri olduğunu, bu ilin oktyabr ayında İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimənin məbləğinin 50 manatdan 300 manata qaldırıldığını diqqətə çatdırıb.
Tədbirdə Yasamal Bələdiyyəsinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Bakı şəhəri üzrə Təhsil İdarəsinin, Dövlət Vergi Xidmətinin nümayəndələrinin, özəl sektor rəhbərlərinin çıxışları, səmərəli təklifləri dinlənilib.
 
Yekunda Azərbaycanda tütünçəkmə ilə mübarizə sahəsində əldə olunan nailiyyətlər vurğulanıb, qurumlararası əməkdaşlığın genişləndirilməsi, qanunvericiliyin və monitorinq-nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb.