Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Qəhrəman Haqverdiyev COP29 çərçivəsində keçirilən sessiyada çıxış edib | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • “Uşaqların psixi sağlamlığının möhkəmləndirilməsi” mövzusunda təlim keçirilib
  • “Narkomaniyaya yox deyək!” mövzusunda hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu
  • 6 aprel – Ümumdünya Fiziki Aktivlik Gününə həsr edilmiş maarifləndirici aksiya oldu

XƏBƏRLƏR bütün xəbərlər

19 NOYABR 2024

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Qəhrəman Haqverdiyev COP29 çərçivəsində keçirilən sessiyada çıxış edib

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində, BMT-nin Əhali Fondu (UNFPA) və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşkil etdiyi “Dayanıqlı gələcəyin yaradılması: İqlim dəyişikliyi şəraitində qida təhlükəsizliyi, qidalanma və ana sağlamlığının kəsişməsi”mövzusunda iclas keçirilib.
 
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Qəhrəman Haqverdiyev panel sessiyasında çıxış edərək, Mərkəz tərəfindən aparılan tədqiqatlar barədə ətraflı məlumat verib.
 
O, Azərbaycanda qadınların sağlamlığını, qidalanmasını iqlim dəyişikliyinin təsirlərindən qorumaq məqsədilə səhiyyə sistemlərinin gücləndirilməsi üçün atılan praktik addımlardan söz açıb. Həmçinin, iqlim dəyişikliyinə münasibət və uyğunlaşma üzrə əhali və reproduktiv yaşda olan qadınlar arasında aparılmış tədqiqatların nəticələrini sessiya iştirakçılarının diqqətinə çatdırıb.
 
Şəkil