“İqlim dəyişikliyi və onun reproduktiv sağlamlığa təsiri” mövzusunda dəyirmi masa olub | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil tətbiqlər
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu

XƏBƏRLƏR bütün xəbərlər

27 SENTYABR 2024

“İqlim dəyişikliyi və onun reproduktiv sağlamlığa təsiri” mövzusunda dəyirmi masa olub

BMT-nin Azərbaycan Nümayəndəliyinin “29 İqlim söhbəti: COP29-a gedən yol” təşəbbüsü çərçivəsində “İqlim dəyişikliyi və onun reproduktiv sağlamlığa təsiri” mövzusunda dəyirmi masa keçirilib.

Tədbir BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycan nümayəndəliyi və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutub.Tədbirdə səhiyyə blokunu təmsil edən hökumət qurumları və müəssisələrinin nümayəndələri, Milli Məclisin deputatları, ölkədə fəaliyyət göstərən BMT təşkilatlarının və səfirliklərin əməkdaşları, habelə yerli vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak ediblər.

Dəyirmi masada BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisini müvəqqəti əvəz edən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Nasar Hayat, səhiyyə nazirinin müavini Nadir Zeynalov, BMT-nin Əhali Fondunun Azərbaycan üzrə ölkə direktoru Məryəm Xan və Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova açılış nitqləri ilə çıxış ediblər.

Daha sonra Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Qəhrəman Haqverdiyev və BMT Əhali Fondunun (UNFPA) ölkə nümayəndəliyinin “İqlim dəyişikliyinin reproduktiv sağlamlığa təsiri” mövzusunda, UNICEF-in Azərbaycan nümayəndəliyinin isə “Ətraf mühitin uşaqların sağlamlığına təsirinin qiymətləndirilməsi” mövzusunda həyata keçirdikləri tədqiqatların nəticələrinə dair təqdimatları dinlənilib.

Dəyirmi masa iştirakçıları milli iqlim fəaliyyəti planlarında reproduktiv sağlamlıq sistemlərinin rolu, əhalinin reproduktiv sağlamlığının qorunması istiqamətində qanunvericilik təşəbbüslərinin gücləndirilməsi, iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində çoxtərəfli əməkdaşlıq və s. mövzular ətrafında fikir mübadiləsi aparıblar.

 

Şəkil