“Uşaqların ətraf mühitlə bağlı sağlamlığı” mövzusunda təlimlərə başlanıb | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil tətbiqlər
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu

XƏBƏRLƏR bütün xəbərlər

11 SENTYABR 2024

“Uşaqların ətraf mühitlə bağlı sağlamlığı” mövzusunda təlimlərə başlanıb

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən BMT-nin Uşaq Fondunun (UNİCEF) dəstəyi ilə “Uşaqların ətraf mühitlə bağlı sağlamlığı” mövzusunda təlimlərə başlanıb. Təlimlərin əsas məqsədi tibb işçilərinin bilik və bacarıqlarının inkişaf etdirilməsi, o cümlədən iqlim dəyişikliyi, ətraf mühitin çirklənməsi ilə bağlı məlumatlılığın artırılması olub. Təlimlərdə ginekoloq, pediatr,mama və tibb bacısı olmaqla, ümumilikdə 124 tibb işçisinin iştirakı, sonda iştirakçılara sertifikatların təqdim olunması nəzərdə tutulub.
 
10 sentyabr - 3 oktyabr 2024-cü il tarixlərində keçiriləcək təlimlərdə qlobal iqlim dəyişikliyi barədə, ətraf mühit amillərinin, ev təsərrüfatı və açıq havanın çirklənməsinin uşaqlara və hamilə qadınlarla təsiri ilə bağlı geniş məlumat veriləcək.
 
Qeyd edək ki, İSİM və BMT-nin Uşaq Fondu (UNİCEF) tərəfindən birgə əməkdaşlıqla, uşaqların ətraf mühitlə bağlı sağlamlığı üzrə tibb işçiləri və əhali arasında məlumatlılığın artırılması istiqamətində müxtəlif tədbirlərin həyata keçirilməsi, faydalı tövsiyələrin verilməsi, maarifləndirici kitabçaların çap olunaraq paylanılması nəzərdə tutulub.