Azərbaycanda COVID-19 və qripə qarşı vaksinasiyanın effektivliyinin dəyərləndirilməsi üzrə aparılan tədqiqat yekunlaşıb | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil tətbiqlər
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu

XƏBƏRLƏR bütün xəbərlər

24 APREL 2024

Azərbaycanda COVID-19 və qripə qarşı vaksinasiyanın effektivliyinin dəyərləndirilməsi üzrə aparılan tədqiqat yekunlaşıb

Ölkəmizdə tibbi işçiləri arasında aparılan COVID-19 və qrip əleyhinə vaksinasiyanın effektivliyinin dəyərləndirilməsi üzrə tədqiqat başa çatıb. Bu genişmiqyaslı araşdırma Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dəstəyi ilə Nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən TƏBİB-lə əməkdaşlıqla həyatakeçirilib.
 
ÜST-nin Avropa Bürosunun təşəbbüsü ilə 2021-ci ilin may ayında bir neçə Avropa ölkəsində, o cümlədən ölkəmizdə eyni vaxtda başlanılan tədqiqat 7 tibb müəssisəsinin işçiləri arasında – Bakının 7, 15, 18, 23, 24, 26 və 29 saylı birləşmiş xəstəxanalarında, 1500 tibb işçisinin iştirakı ilə aparılıb. Tədqiqat çərçivəsində iştirakçılar yeni növ koronavirusa qarşı anticisimlərin mövcud olmasına dair seroloji testdən keçirilib, qan nümunələri toplanılıb, ümumi vəziyyətləri barədə məlumatlar araşdırılıb. Bütün respondentlərlə hər həftə viral xəstəliklərin, o cümlədən COVID-19-un simptomları üzrə sorğu aparılıb, ildə 2 dəfə olmaqla qanda virusa qarşı anti-cismlərin səviyyəsi və mövcudluğu yoxlanılıb.
 
Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin laboratoriyasında COVID-19, qrip və respirator sinsitial virus infeksiyalarına yoluxma hallarında virusun ştammının təsdiqi üçün PZR testi aparılıb. Elektron sorğular platforması vasitəsilə hər ay aparılan sorğulara cavablar anonim şəkildə məlumat bazasına toplanıb və kvartalda bir dəfə təhlil edilib. Eyni zamanda, məlumatlar davamlı olaraq toplanaraq həftədə bir dəfə tədqiqatın nəticələrinə dair hesabat hazırlanıb və ÜST və Amerikanın Xəstəliklərə Nəzarət Mərkəzinin (CDC) ekspertləri ilə hər həftə müzakirə olunub.
 
Aylıq və kvartallıq məlumatlar əsasında ildə 2 dəfə vaksinasiyanın müxtəlif tibb işçiləri qruplarında (yaş, cins, əmək şəraiti, digər risk faktorları, yanaşı xəstəliklər və s.) müxtəlif busterlərinin effektivliyi təhlil edilib. Nəticələr Səhiyyə Nazirliyi rəhbərliyinə təqdim olunub və ölkəmizdə pandemiyaya qarşı həyata keçirilən tədbirlərə öz töhfəsini verib.
Tədqiqatın davam etdiyi 3 il müddətində 6000 qan nümunəsi götürülüb, respondentlərlə 200 mindən çox müsahibə aparılıb, 100 onlayn görüş və 30-dan çox monitorinq ziyarəti olub, məlumat bazasına 700 min məlumat vahidi daxil edilib.
 
Tibb elmi və ictimai səhiyyə üçün böyük əhəmiyyət daşıyan bu tədqiqatın Azərbaycanda keçirilməsi ölkəmizin elmi tədqiqat potensialının daha da genişləndirilməsinə, xüsusən infeksion xəstəliklərə dair biliklərin artırılmasına imkan yaradıb. Araşdırma nəticələri, infeksiyalara qarşı vaksinlərin effektlivliyi səviyyəsinin, təkrar yoluxmaların və dayanıqlı immunitet dərəcəsinin müəyyən edilməsi, gələcək mümkün epidemiyalar üçün effektiv vaksinasiya proqramlarının qurulmasında mövcud təcrübədən bəhrələnməsi kimi aktual məsələlərə dair 4 elmi məqalə beynəlxalq aparıcı elmi tibbi jurnallarda dərc edilib. Layihə çərçivəsində infeksion xəstəliklər üzrə xarici mütəxəssislərin iştirakı ilə iki konfrans və tədqiqatçılar üçün elmi tədqiqat metodlarının dərindən öyrənilməsi üzrə təlimlər keçirilib.
 
Qeyd edək ki, tədqiqatın birinci ili ÜST tərəfindən, 2 ili isə Task Force for Global Health (ABŞ, qeyri-kommersiya təşkilatı) tərəfindən dəstəklənib.