Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən tələbələr arasında sağlam həyat tərzi və düzgün yuxu rejimi ilə bağlı maarifləndirici tədbir keçirilib | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil tətbiqlər
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu

XƏBƏRLƏR bütün xəbərlər

25 FEVRAL 2024

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən tələbələr arasında sağlam həyat tərzi və düzgün yuxu rejimi ilə bağlı maarifləndirici tədbir keçirilib

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən 27 fevral 2024-cü ildə Bakı Dövlət Universitetində sağlam həyat tərzi və düzgün yuxu rejiminin insan həyatında roluna həsr olunmuş maarifləndirici tədbir keçirilib.
 
Bakı Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı ilə əməkdaşlıqçərçivəsində təşkil olunan tədbirin məqsədi gənc nəsli sağlam həyat tərzi və düzgün yuxu rejimi barədə məlumatlandırmaq olub.
 
İSİM-in Monitorinq və təhlil şöbəsinin müdir müavini Zümrüd Kazımova gəncləri sağlam həyat tərzi seçməyə, zərərli vərdişlərdən uzaq olmağa, gigiyena qaydalarına riayət etməyə çağırıb. O, geniş təqdimatla çıxış edərək sağlamlığın qorunması, yuxusuzluğun fəsadları haqqında ətraflı məlumat verib. Yuxu rejiminin idrak və dərketmə prosseslərinə təsir etdiyi vurğulanıb və gənclərə sağlam, düzgün yuxu rejiminə riayət etmək tövsiyə olunub.
 
Yekunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və onlara İSİM tərəfindən hazırlanaraq çap edilən maarifləndirici materiallar təqdim olunub.