21 FEVRAL 2024
“Düzgün yuxu rejiminin insan həyatında rolu” mövzusunda maarifləndirici tədbir keçirilib
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən 20 fevral 2024-cü il tarixində Azərbaycan Memarlıq və İnşaat Universitetində sağlam həyat tərzi və düzgün yuxu rejiminin insan həyatında roluna həsr olunan maarifləndirici tədbir keçirilib.
Tədbir gənc nəsli sağlam həyat tərzi və düzgün yuxu rejimi barədə məlumatlandırmaq məqsədilə təşkil olunub.
İSİM-in Monitorinqvə təhlil şöbəsinin müdiri İnara Makayeva çıxış edərək gəncləri sağlam həyat tərzi seçməyə, zərərli vərdişlərdən uzaq olmağa, gigiyena qaydalarına riayət etməyə çağırıb. İSİM-in Monitorinq və təhlil şöbəsinin müdir muavini Zümrüd Kazımova “Sağlam həyat tərzi.
Yuxu pozğunluqları” mövzusunda geniş təqdimatla çıxış edərək sağlamlığın qorunması, yuxusuzluğun fəsadları haqqında ətraflı məlumat verib. Yuxu rejiminin idrak və dərketmə prosseslərinə təsir etdiyi vurğulanıb və gənclərə sağlam, düzgün yuxu rejiminə riayət etmək tövsiyə olunub.
Yekunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və onlara İSİM tərəfindən hazırlanaraq çap edilən maarifləndirici materiallar təqdim olunub.