30 DEKABR 2023
SHE-Sağlamlığı Təşviq edən Məktəblərdə maarifləndirici tədbirlər təşkil olunub
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Bakı şəhəri üzrə 5 saylı, 110 saylı, 149 saylı, 177 saylı SHE – Sağlamlığı Təşviq edən Məktəblərdə maarifləndirici tədbir və yarışlar keçirilib.
Tədbirlərin məqsədi sağlam həyat tərzinin, sağlam qidalanmanın, fiziki aktivliyin əhəmiyyəti barədə uşaqları məlumatlandırmaq və gənc nəsli zərərli vərdişlərdən uzaq olmağa çağırmaq idi.
Məktəblərdə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş idman yarışları, gigiyena qaydaları, sağlam həyat tərzi ilə bağlı məlumatlılığın artırılması məqsədilə “Bilik yarışması” keçirilib.
İştirakçılara İSİM tərəfindən hazırlanaraq nəşr edilən maarifləndirici materiallar paylanılıb, yarışın qaliblərinə medallar və hədiyyələr təqdim olunub. dbir və yarış keçirilib.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən irəli sürülən “Sağlamlığı təşviq edən məktəblər” (School Health Education) layihəsinin əsas məqsədi sağlamlığın təbliğini, normal fiziki inkişafın təmin edilməsini, uşaqların sağlamlığının qorunmasını həyata keçirmək, məktəblilərin təhsil və sosial məqsədlərinə daha tez nail olmalarına yardım göstərməkdir. Şəbəkənin sağlam həyat tərzinin təbliği istiqamətində təcrübə və tövsiyələri Azərbaycan məktəblərində 2018-ci ildən başlayaraq hər il həyata keçirilir.