TV əməkdaşları üçün Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil tətbiqlər
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən hekayə müsabiqəsinin qalibləri elan olunub
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu

XƏBƏRLƏR bütün xəbərlər

6 DEKABR 2023

TV əməkdaşları üçün Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən 6 dekabr 2023-cü ildə ARB TV-də Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş “İş yerlərində göz xəstəliklərinin profilaktikası” mövzusunda aksiya keçirilib. TV əməkdaşları və jurnalistlər üçün təşkil olunan aksiyanın məqsədi göz xəstəliklərinin profilaktikası, gözlərə düzgün qulluqedilməsi, gigiyena qaydalarına riayət olunması ilə bağlı iş yerlərində geniş maarifləndirmə işinin aparılmasıdır.
 
Aksiya çərçivəsində iştirakçılar gözlərin profilaktik müayinəsinə dəvət ediliblər, sağlamlığın qorunması, göz xəstəliklərinin qarşısının alınması ilə bağlı onlara tövsiyələr verilib.
 
Aksiyada sağlamlığa məsuliyyətlə yanaşmaq, tütünçəkmə və digər zərərli vərdişlərdən uzaq olmaq, sağlam həyat tərzi seçmək təşviq edilib, bu mövzulara dair İSİM tərəfindən hazırlanaraq nəşr edilən maarifləndirici materiallar paylanılıb.