17 OKTYABR 2023
“Sağlamlığına nəzarət et!” adlı təşviqat aksiyası keçirilib
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Nəsimi Rayon İcra Hakimiyyəti ilə birgə 17 oktyabr 2023-cü ildə paytaxtda əhali üçün “Sağlamlığına nəzarət et!” adlı təşviqat aksiyası keçirilib. 1-31 oktyabr Ümumdünya Süd Vəzi Xərçəngi ilə Mübarizə Aylığında təşkil olunan aksiyanın məqsədi ictimaiyyətin diqqətini xərçəng xəstəliyi ilə mübarizəyə cəlb olunmasıdır. Sakinlərin və könüllülərin fəal iştirak etdiyi aksiyada xərçəng xəstəliyinin növləri, əlamətləri, əsas risk amilləri barədə ətraflı məlumat verilib, vaxtaşırı tibbi müayinələrdən keçmənin vacibliyi təşviq olunub. İştirakçılarla maarifləndirici söhbət aparılıb, onlara İSİM tərəfindən hazırlanaraq nəşr edilən materiallar paylanılıb.