19 İYUL 2023
İSİM-in nümayəndəsi təbii fəlakət zamanı risklərin idarə edilməsi üzrə Pakistanda keçirilən seminarda iştrak etdi
Pakistanın İslamabad şəhərində Asiya İnkişaf Bankının Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CARES) Proqramı çərçivəsində icra edilən “CARES regionunda təbii fəlakət zamanı risklərin idarə edilməsi ilə bağlı mexanizmlərin inkişaf etdirilməsi” mövzusu üzrə 18-19 iyul 2023-cü ildə seminar keçirildi. Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Tibii keyfiyyət standartları şöbəsinin müdiri Şəhla İsmayılova seminarda iştrak etdi. Seminarın məqsədi regionda fövqəladə hallar zamanı cavab tədbirlərinin işlənib hazırlanması və müzakirəsi, ölkə təcrübələrinin öyrənilməsi idi. İki gün davam edən seminarda regionda zəlzələ, daşqın və yoluxucu xəstəliklər kimi fəlakət risklərinin transfer mexanizmi üçün yol xəritəsi, fəlakətlərə qarşı yardım aləti, fəlakət risklərinin idarə edilməsi interfeysininn istifadəsi, infeksion xəstəliklərin maliyyələşmə riski kimi məsələlər ətrafında müzakirələr aparıldı.