Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən hazırlanan maarifləndirmə materialları müəssisələrə təqdim olundu | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu
  • 6 aprel – Ümumdünya Fiziki Aktivlik Gününə həsr edilmiş maarifləndirici aksiya oldu
  • İSİM 2022-ci ilin yekunlarına dair hesabatı ictimaiyyətə təqdim etdi
  • 29 sentyabr – Ümumdünya Ürək Gününə həsr olunmuş aksiya keçirildi
  • Şamaxıda 14 noyabr – Ümumdünya Diabetlə Mübarizə Gününə həsr olunmuş aksiya keçirildi
  • İSİM-də klinik protokollara dair dəyirmi masa keçirildi
  • İSİM-də Səhiyyədə Elmi Tədqiqatların və İnnovasiyaların Təşviqi Konfransı keçirildi

XƏBƏRLƏR bütün xəbərlər

14 İYUL 2023

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən hazırlanan maarifləndirmə materialları müəssisələrə təqdim olundu

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən hazırlanaraq nəşr edilən müxtəlif mövzulara dair maarifləndirici materialların səhiyyə və tibb müəssisələrinə, beynəlxalq təşkilatların ölkəmizdə fəaliyyət göstərən nümayəndəliklərinə, qeyri-hökumət təşkilatlarına paylanılması həyata keçirilib. Cari ilin yanvar-iyun ayı ərzində müvafiq olaraq müəssisələrə müxtəlif mövzulara dair 180 mindən çox 45 adda maarifləndirici materiallar (buklet, vərəqə, kitabça və s.), o cümlədən 35 adda kliniki protokollar təqdim olunub.

Əhali üçün nəzərdə tutulan maarifləndirmə materiallarında xəstəliklərin profilaktikası, sağlam həyat tərzi, zərərli vərdişlərin mənfi təsirləri, gigiyena qaydaları, ailə planlaşdırılması, məişət zorakılığının qarşısının alınması və digər mövzular barədə ətraflı məlumat və tövsiyələr yer alıb. Materiallar əlçatanlığın təmin olunması məqsədilə www.isim.az saytında resurslar bölümündə yerləşdirilib (https://www.isim.az/az/pages/20-Resurslar) .

İSİM tərəfindən tərtib olunan və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası  tərəfindən təsdiq olunan klinik protokollar hər hansı nozologiya və ya sindrom zamanı düzgün yardım göstərilməsi ilə bağlı qərar qəbul etməkdə həkimə kömək edən tövsiyələr toplusudur. Tibb işçiləri üçün qiymətli vəsait olan 91 klinik protokola, o cümlədən yenilənmiş 65 klinik protokola əlçatanlıq təmin olunub və saytda təlimatlar bölümünə yerləşdirilib (https://www.isim.az/az/reports/5).

Şəkil