7 aprel – Ümumdünya Sağlamlıq Gününə həsr olunmuş tədbir keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ
  • Səhiyyə Nazirliyi Füzuli şəhərində məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzinin təbliğinə həsr olunan maarifləndirici aksiya keçirib
  • Səhiyyə Nazirliyi İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi istifadəyə verilib
  • 14 noyabr – Ümumdünya Diabet Günü ilə bağlı aksiya keçirilib
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiya keçirilib
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində Uşaq Günü qeyd olunub
  • Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hazırlanan mobil əlavələr
  • 14 iyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş aksiya keçirildi
  • Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir və “Göz həkimi” tamaşasının nümayişi oldu
  • İSİM-də “Ümumilli lider Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı foto-sərginin və albom-kataloqun təqdimatı oldu
  • 6 aprel – Ümumdünya Fiziki Aktivlik Gününə həsr edilmiş maarifləndirici aksiya oldu

XƏBƏRLƏR bütün xəbərlər

7 APREL 2023

7 aprel – Ümumdünya Sağlamlıq Gününə həsr olunmuş tədbir keçirildi

Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasında zabit və kursantların iştirakı ilə 7 aprel – Ümumdünya Sağlamlıq Gününə həsr olunmuş “Zərərli vərdişlərdən uzaq ol!” mövzusunda maarifləndirici tədbir keçirildi.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSIM) tərəfindən təşkil edilən tədbirin əsas məqsədi sağlam həyat tərzini təbliğ etmək, gənc nəsli zərərli vərdişlərin sağlamlığa mənfi təsirləri barədə maarifləndirmək idi.

DİN-in Polis Akademiyasının Tibb sanitariya hissəsinin rəisi, tibb xidməti mayoru Əlinur Hüseynli ölkəmizdə gənclərin sağlam inkişafının daim diqqət mərkəzində saxlanıldığını vurğulayaraq, bu sahədə həyata keçirilən məqsədyönlü tədbirlərin böyük əhəmiyyət daşıdığını diqqətə çatdırdı.

İSİM-in səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva sağlam həyat tərzinin əsas istiqamətləri barədə gələcək asayiş keşikçilərinə ətraflı məlumat verdi:  “7 aprel – Ümumdünya Sağlamlıq Günü 1950-ci ildən etibarən qeyd olunur və günün builki şüarı hər kəs üçün sağlamlıqdır. Unutmayaq ki, zərərli vərdişlər yalnız ona aludə olanların deyil, ətrafdakı digər insanların da sağlamlığına təhlükəli təsir edir. Odur ki, zərərli vərdişlərə qarşı həyata keçirilən tədbirlərin mahiyyəti hər kəsin sağlamlığını qorumaq, eyni zamanda ətraf mühiti mühafizə etməkdir”.

İSİM-in ictimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev geniş təqdimatla çıxış edərək, tütünün insan orqanizminə və ətraf mühitə zərərli təsirini nəzərə çatdırdı: “Passiv tütünçəkmə, yəni özü istifadə etməsə də, ətrafdakı tütün tüstüsünün zərərli təsiri nəticəsində hər il 1 milyon insan həyatını itirir. Tütünçəkmə nəticəsində hər gün ətraf mühitə 10 milyard toksik siqaret kötüyü atılır və il ərzində siqaret kötüklərindən 770 min ton tullantı əmələ gəlir. Bu zərərli vərdişdən qurtulmaq istəyənlər “Tütündən imtina et!” mobil əlavəsini yükləyə və tütündən imtina üzrə Qaynar xəttimizə (050 800 70 45) müraciət edə bilərlər”.

Tədbirdə bir daha gənclərə sağlam həyat tərzi seçmək, zərərli vərdişlərdən uzaq olmaq və sağlamlığın qorunması istiqamətində ölkəmizdə görülən məqsədyönlü tədbirlərə töhfə vermək tövsiyə olundu, iştirakçılara İSİM tərəfindən hazırlanaraq çap edilən maarifləndirici materiallar paylanıldı.

 

Şəkil